İsrail ordusu tərəfindən Tehranın şərqində yerləşən Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahına zərbələr endirilib.
Gündəm24.az xəbər verir ki, bu barədə İsrail ordusunun açıqlamasında bildirilib.
Qeyd olunub ki, qərargah uzun illər yüksək rütbəli komandirlərin İsrail və digər ölkələrə qarşı dənizdə terror əməliyyatlarını idarə etməsi üçün istifadə olunub.














