İsrail Müdafiə Qüvvələri Beyrutun qərbində yerləşən bir mənzilə hücum edib.
KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Al-Hadath kanalının məlumatına görə, hücum “Əl-İslamiyyə Cəmiyyəti” təşkilatının üzvlərinə yönəldilib.
Bu təşkilat “Müsəlman Qardaşları”nın filialı hesab olunur. Hücum nəticəsində dörd nəfər həlak olub.














