İsrailin Polşadakı səfiri Yakov Livne Xarici İşlər Nazirliyinə çağırılıb.
Gündəm24.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, səfirin nazirliyə dəvət olunmasına səbəb “Yad Vaşem” institutunun “X” hesabındakı paylaşımı olub. Belə ki, həmin paylaşımda Polşanın yəhudilərin ətraf mühitdən təcrid olunması üçün onları fərqləndirici nişanlar taxmağa məcbur edən ilk ölkə olduğu iddia edilib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski “Yad Vaşem”in paylaşımın altında qeyd edib ki, söhbət Almaniya tərəfindən işğal olunan Polşadan gedir.
“Yad Vaşem” isə öz növbəsində bəyan edib ki, artıq paylaşımın mətnində dəyişikliklər edilib.














