Kran-Montana dağ-xizək kurortundakı partlayış nəticəsində 40 nəfər ölüb, azı 100 nəfər yaralanıb.
Bu barədə “Le Nouvelliste” qəzeti məlumat yayıb.
İsveçrədə dağ-xizək kurortundakı barda bayram tədbiri zamanı partlayış nəticəsində azı 10 nəfər ölüb, 10 nəfər yaralanıb.
Gündəm24.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Hadisənin terror aktı olmadığı iddia edilir.
11:00
İsveçrənin Vale bölgəsində Kran-Montana dağ xizəyi kurortunda baş verən partlayış nəticəsində bir neçə nəfər həlak olub.
Gündəm24.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
“Hələlik məlum olmayan səbəbdən partlayış baş verib. Bir neçə nəfər ölüb, xəsarət alanlar var”, – deyə polisdən bildirilib.
Ölən və xəsarət alanların dəqiq sayı açıqlanmayıb.














