Cümə, Aprel 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Müharibə ALOVLANIR – Rusiya rəsmiləri daha da AZĞINLAŞDI

24/03/2026 15:45
Dünya
49 2
Müharibə ALOVLANIR – Rusiya rəsmiləri daha da AZĞINLAŞDI
64
Baxış sayı

Baharın gəlişi ilə Ukraynanın şərq cəbhəsində hərbi gərginlik artıq kritik həddə çatıb və Donetsk vilayətinin Liman istiqaməti növbəti irimiqyaslı qarşıdurmanın episentrinə çevrilib.

Rusiya ordusunun cəbhə xəttini yarmaq və strateji üstünlük əldə etmək məqsədilə yeddi müxtəlif istiqamətdən başlatdığı genişmiqyaslı hücum Ukrayna Silahlı Qüvvələrinin sərt müqaviməti ilə üzləşərək tam iflasa uğrayıb. İşğalçı qüvvələrin ağır zirehli texnika və çoxsaylı canlı qüvvə ilə həyata keçirdiyi bu “yumruq” zərbəsi Ukrayna ordusunun ən döyüş qabiliyyətli hərbi birləşmələrindən sayılan 3-cü Korpusun bölmələri tərəfindən darmadağın edilib.

Maraqlıdır ki, bu mütəşəkkil müdafiə əməliyyatına “Azov”un qurucularından biri, gənc briqada generalı və keçmiş deputat Andrey Biletskiy komandanlıq edir. Onun rəhbərlik etdiyi bölmələr rus qoşunlarını Ukraynanın əsas müdafiə sədlərinə çatmadan “atəş torbası”na salaraq onlara son ayların ən ağır texniki və canlı qüvvə itkilərindən birini yaşadıb.

Döyüşün statistikası Kremlin hərbi maşını üçün kifayət qədər sarsıdıcıdır: Rusiya tərəfi cəmi bir neçə saat ərzində 11 zirehli texnika, 3 tank, 84 ədəd müxtəlif təyinatlı mototexnika (motosikl, kvadrosikl və bagi), 160-dan çox PUA və bir ədəd “Solntsepyok” (TOS) ağır odsaçan sistemini itirib. Canlı qüvvə itkisi isə 288 ölü və 127 yaralı olmaqla, bütöv bir taborun döyüş qabiliyyətini itirməsi deməkdir. Qış boyu daha çox kiçik piyada qrupları ilə mövqe döyüşlərinə üstünlük verən rus komandanlığının baharın gəlişi ilə belə riskli və “kamikadze” xarakterli hücumlara keçməsi, onların yay kampaniyası öncəsi hər nə yolla olursa-olsun ərazi iddiasını reallaşdırmaq istəyindən xəbər verir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a şərh verən politoloq Elxan Şahinoğlu bildirib ki, döyüş meydanındakı bu aqressiya eyni zamanda Rusiyanın diplomatik ritorikasında da özünü qabarıq büruzə verir: “Rusiya rəsmilərinin, xüsusilə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın və digər tanınmış media simalarının danışıq tərzi son dövrlər etik çərçivələri tamamilə aşaraq tərbiyəsizləşib. Vladimir Putin bilərəkdən Solovyov, Simonyan, Zaxarova və Duqin kimi şəxsləri ön plana çıxararaq onlar vasitəsilə dünya liderlərini təhqir etdirir və müxtəlif dövlətləri açıq şəkildə şantaj edir. Bu şəxslərin dili ilə səsləndirilən nüvə hədələri və aşağılayıcı fikirlər əslində beynəlxalq münasibətlərin qəsdən gərginləşdirilməsinə xidmət edir. Kreml bu ‘təlimatlı ruporlar’ vasitəsilə ən kəskin və radikal mesajlarını dünyaya çatdırır, lakin hər hansı ciddi diplomatik qalmaqal yarandıqda ‘bu onların şəxsi fikridir’ deyərək rəsmi məsuliyyətdən qaçmağa çalışır. Halbuki bu şəxslərin hər biri dövlət idarəetməsində təmsil olunur və birbaşa hakimiyyətin ideoloji xəttini icra edirlər. Cəbhədəki hərbi uğursuzluqlar və itkilər artdıqca, Kremlin informasiya məkanındakı bu ‘azğınlaşmış’ ritorikası daha da kəskinləşəcək, çünki Rusiya rəhbərliyi hərbi məğlubiyyəti diplomatik və təbliğat hay-küyü ilə pərdələməyə çalışır”.

Oxşarxəbərlər

Tramp ELAN ETDİ – Atəşkəs İMZALANDI
Dünya

Tramp ELAN ETDİ – Atəşkəs İMZALANDI

16/04/2026 22:29
55
Rusiyadan bu ölkələrə xəbərdarlıq etdi: Zərbə endirəcəyik!
Dünya

Rusiyadan bu ölkələrə xəbərdarlıq etdi: Zərbə endirəcəyik!

16/04/2026 21:46
54
SON DƏQİQƏ! Türkiyə bölgəyə 15 tank YERİTDİ – Nə baş verir?
Dünya

SON DƏQİQƏ! Türkiyə bölgəyə 15 tank YERİTDİ – Nə baş verir?

16/04/2026 17:03
56
Bu ölkə HƏRƏKƏTƏ KEÇDİ: İsrail-İran münaqişəsinə qoşulacaq?
Dünya

Bu ölkə HƏRƏKƏTƏ KEÇDİ: İsrail-İran münaqişəsinə qoşulacaq?

16/04/2026 16:55
55
Türkiyə müharibəyə hazırlaşır: Orduya tapşırıq verildi
Dünya

Türkiyə müharibəyə hazırlaşır: Orduya tapşırıq verildi

16/04/2026 15:12
55
SON DƏQİQƏ! ABŞ əməliyyata BAŞLADI – Zərbələr endirildi
Dünya

SON DƏQİQƏ! ABŞ əməliyyata BAŞLADI – Zərbələr endirildi

16/04/2026 14:10
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tramp ELAN ETDİ – Atəşkəs İMZALANDI

Tramp ELAN ETDİ – Atəşkəs İMZALANDI

16/04/2026 22:29
55
Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

16/04/2026 22:10
56
Rusiyadan bu ölkələrə xəbərdarlıq etdi: Zərbə endirəcəyik!

Rusiyadan bu ölkələrə xəbərdarlıq etdi: Zərbə endirəcəyik!

16/04/2026 21:46
54
Bu marşrutda gedişhaqqı azaldıldı – FOTOFAKT

Bu marşrutda gedişhaqqı azaldıldı – FOTOFAKT

16/04/2026 19:20
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
73

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
153

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
71

137

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In