Yeni təklif ABŞ-a Pakistan vasitəçiləri vasitəsilə təqdim edilib.
Gündəm24.az xəbər verir ki, Yaxın Şərqdə gərginlik fonunda İran ABŞ-a yeni çıxış yolu təklif edib. Axios-un məlumatına görə, Tehran Hörmüz boğazının açılması və müharibənin dayandırılması qarşılığında nüvə danışıqlarını sonraya saxlamaq istəyir.
Təklif Pakistan vasitəçiləri üzərindən çatdırılıb və əsas məqsəd əvvəlcə blokadanı aradan qaldırmaq, daha sonra isə mübahisəli nüvə məsələsini müzakirə etməkdir.
Hazırda ABŞ rəhbərliyi bu planı müzakirə edir, lakin tərəflər arasında ciddi fikir ayrılıqları qalır və yekun razılaşma hələ uzaq görünür.
Sədaqət Həsənova














