Polşada azərbaycanlı sürücüyə hücum edilib.
Gündəm24.az xəbər verir ki, hadisə paytaxt Varşavada qeydə alınıb. Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək, xeyli zərər vurub. Həmin şəxs səbəb kimi dayanma-durma qaydalarının pozulmasını bəhanə edib. Bu zaman azərbaycanlının avtomobilində olan qadın sərnişin cinayətkara etiraz edərək, onun görüntülərini çəkib. Lakin qadının hərəkəti polşalını daha da hiddətləndirib və o, sürücüyə də hücum edərək, xəsarət yetirməyə başlayıb.
Zərərçəkən həmyerlimiz hadisə ilə bağlı polisə müraciət edib./lent.az

















