Rusiya Federasiyasının prezidenti Vladimir Putin Beynəlxalq Olimpiya Komitəsinini (BOK) idmandan siyasi məqsədlər üçün istifadə etdiyinə görə tənqid etdi.
Bakupost.az xəbər verir ki, Putin BOK-a müraciət edib.
“Mən BOK-un hoqqa çıxarmaqdan əl çəkməsini çox istərdim”,- o bildirib.
Dövlət başçısı BOK-un İrana qarşı hərbi əməliyyata görə İsrail və ABŞ-yə sanksiyalar tətbiq etməmək qərarını xatırladaraq, bildirib ki, idman ölkələri birləşdirməlidir, münaqişələri dərinləşdirməməlidir.
Xatırladaq ki, 2022-ci ilin fevral ayında Rusiya Ukraynaya hərbi müdaxilə etdikdən sonra əksər idman təşkilatları BOK-un tövsiyəsi ilə Rusiya idmançılarını yarışlardan kənarlaşdırıb. Bəzi idmançılara neytral olaraq dünya arenasında yarışmaq imkanı verilib, bəzi ruslar isə vətəndaşlıqlarını dəyişərək digər ölkələri təmsil ediblər.













