Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rusiya hökumətində gizli çevriliş – Mərkəzi Bankın rəhbəri “vuruldu”

17/06/2026 13:23
Dünya
780 59
Rusiya hökumətində gizli çevriliş – Mərkəzi Bankın rəhbəri “vuruldu”
694
Paylaşım sayı
964
Baxış sayı

Rusiya Dövlət Duması hökumət tərəfindən cəmi iki gün əvvəl təqdim edilmiş Büdcə Məcəlləsinə düzəlişləri heç bir ciddi müzakirə aparılmadan, tələsik şəkildə eyni anda hər üç oxunuşda qəbul edib. 10 iyun çərşənbə günü baş tutan bu səsvermə Rusiya mətbuatında dərhal ört-basdır edilsə də, əslində ölkənin bütün büdcə sistemini və maliyyə elitasındakı güc balansını kökündən dəyişdirir.

Gündəm24.az  xəbər verir ki, qəbul edilən yeni qanunla Rusiya qanunvericiliyi faktiki olaraq formal xarakter daşımağa başlayır. Yeniliklərin mərkəzində iki əsas məqam dayanır:

Rusiya hökuməti (faktiki olaraq Maliyyə Nazirliyi) bundan sonra qanunla müəyyən edilmiş büdcə limitlərini aşaraq, qanuna heç bir düzəliş etmədən və parlamentlə razılaşdırmadan istədiyi qədər vəsait xərcləyə bilər;

Maliyyə Nazirliyi daxili bazardan dövlət borcu limitlərinə məhəl qoymadan, ehtiyac duyduğu qədər istənilən məbləğdə borc almaq hüququ əldə edir.

Bu addım Rusiya deputatlarının ölkədəki iqtisadi proseslərə formal təsir imkanlarını da tamamilə sıfırlayır. Rusiya federal büdcəsi onsuz da son illərdə icrası məcburi olan qanun statusunu itirmişdi – təkcə ötən il büdcə defisitini 5 dəfə artıran kəskin dəyişikliklər qəbul edilmişdi. Lakin son düzəlişlər büdcə qanununu sadəcə hüquqi əsası olmayan bir “niyyət bəyannaməsi”nə çevirir.

Maliyyə naziri Anton Siluanov Dövlət Dumasının faktiki olaraq ona qeyri-məhdud səlahiyyət (kart-blanş) verdiyi bu tarixi iclasa qatılmağa ehtiyac belə duymayıb. O, həmin saatlarda Rusiya Prezidenti Vladimir Putinin yanında uşaq düşərgələrinin təşkili ilə bağlı hesabat dinləyirdi. Deputatların qarşısına isə nazir müavini İrina Okladnikova çıxıb və o, “ölkədə büdcə böhranının olmadığını, düzəlişlərin məhz bu böhranın qarşısını almaq üçün qəbul edildiyini” deməklə deputatları sakitləşdirib.

Kremlin daxili kuluarlarından sızan məlumatlar göstərir ki, maliyyə-iqtisad blokunda ciddi kadr və nüfuz yerdəyişməsi baş verir. Mərkəzi Bankın sədri Elvira Nabiullinanın qəfil “xəstələnməsi”, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edə bilməməsi və Putinin son iqtisadi müşavirəsində Mərkəzi Bankdan heç kimin iştirak etməməsi bu ehtimalı gücləndirir.

Putin hakimiyyətinin ilk illərindən bəri iqtisadiyyatda strateji xətti müəyyən edən vahid bir liderə xüsusi səlahiyyətlər verməyi xoşlayır. Əvvəlcə bu rolu “supernazir” German Qref, daha sonra Aleksey Kudrin, son illərdə isə Elvira Nabiullina oynayırdı. Lakin görünən odur ki, müharibənin Rusiya iqtisadiyyatına vurduğu ağır zərbələr artıq Nabiullinanın rəhbərlik etdiyi Mərkəzi Bankın “klassik bazar iqtisadiyyatı” prinsiplərinə sığmır.

Nabiullinadan fərqli olaraq, Anton Siluanov büdcənin vəziyyətindən asılı olmayaraq hər zaman “bədbinliyə qapılmayan” və Kremlin hər bir tapşırığını sorğusuz-sualsız icra edən kadr kimi tanınır.

Siluanov 2011-ci ildə o zamankı maliyyə naziri Aleksey Kudrinin səs-küylü istefasından sonra bu posta gətirilmişdi. Kudrin ordunun yenidən silahlandırılması üçün tələb olunan 20 trilyon rublu “bədxərclik və dəlilik” adlandıraraq büdcəni dəyişməkdən imtina etmişdi. Siluanov isə müavin postundan dərhal irəli çıxaraq həmin pulları tapacağına söz verdi və tapdı da. Bu pullar Rusiya iqtisadiyyatını 2010-cu illərdə durğunluğa sürükləsə də, Kremlin indiki müharibə hazırlığına şərait yaratdı.

Siluanovun əsas xüsusiyyəti kimin və nəyin üzərində qənaət etməyin mümkün olduğunu (və ya qətiyyən olmadığını) dəqiq bilməsidir:

2014-cü ildə Krımın ilhaqından sonra yaranan maliyyə boşluğunu doldurmaq üçün dərhal pensiya islahatlarını dondurdu. Və gələcək təqaüdçülərin yığımlarını Krımın inteqrasiyasına xərclədi. Sonra isə bildirdi ki, gələcək pensiyaçılara kompensasiya ödənilməyəcək, çünki büdcədə pul yoxdur.

Siluanovun bu cür çevikliyi və anlıq böhranları manipulyasiya etmək bacarığı iqtisadiyyatın uzunmüddətli inkişafı üçün fəlakətli olsa da, hazırkı şəraitdə Putini uzunmüddətli gələcək artıq maraqlandırmır. Kremlə bu gün və dərhal xərcləmək üçün limitsiz və rəsmi hesabat vermədən idarə olunan pul lazımdır. Büdcə Məcəlləsinə edilən son dəyişikliklər Anton Siluanovun Rusiya iqtisadiyyatının yeni və mütləq “supernaziri”nə çevrilməsinin rəsmi təsdiqidir./AzPolitika/

Oxşarxəbərlər

Araqçi Nyu-Yorka gedir
Manşet

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
952
Fransa və Kanada enerji cəbhəsində birləşir
Manşet

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
955
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski
Manşet

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
955
“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Manşet

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
957
Ərbil hava limanı PUA hücumu
Manşet

Ərbil hava limanı PUA hücumu

20/09/2026 21:33
959
Trampın paylaşdığı xəritə qalmaqal yaratdı – Makrondan CAVAB
Dünya

Trampın paylaşdığı xəritə qalmaqal yaratdı – Makrondan CAVAB

20/09/2026 15:01
968

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
952
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
955
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
958
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.