“Finlandiya Rusiyaya qarşı hərbi təxribat hazırlayır”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Helsinki Universitetinin professoru Tomas Malinen deyib.
Ekspert hesab edir ki, NATO ilə Rusiya arasında silahlı münaqişə 1-3 il ərzində və çox güman ki, alyans qüvvələri tərəfindən saxta bayraq altında başlaya bilər.
Qeyd edək ki, noyabrın 17-də Finlandiyanın şimalında, Rusiya sərhədindən 100 kilometr aralıda, 2000-dən çox hərbçi və 500 texnikanın cəlb olunduğu “Norter Spike 25” adlı artilleriya təlimləri başlayıb. Təlimin məqsədi çətin qış şərtlərində artilleriya imkanlarını sınaqdan keçirmək idi.













