Rusiyada banklar kredit kartlarında limitləri kütləvi şəkildə sıfırlamağa başlayıblar — hədəfdə isə heç vaxt gecikmə etməyən və daim güzəştli müddətdən istifadə edən müştərilər var.
Gündəm24.az xəbər verir ki, “İzvestiya”ya istinadən, maliyyə baxımından savadlı müştərilər banklar üçün sərfəli deyil, çünki yüksək faizlərin hökm sürdüyü dövrdə bu müştərilər borcu vaxtında qaytarır və illik 0% faiz ödəyir.
Sadə desək, belə müştərilər kartdan pul götürür, vaxtında geri ödəyir və bank heç bir gəlir əldə etmir. Bu səbəbdən bəzi banklar onların limitlərini azaldır və ya tamamilə bağlayır ki, yalnız faiz və cərimə ödəyən müştərilərdən gəlir əldə edə bilsinlər.
Əli Səfərli,
Gündəm24.az














