Çərşənbə, İyul 8, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rusiyadakı azərbaycanlılara BƏD xəbər – Bundan sonra…

08/07/2026 19:11
Dünya
41 2
Rusiyadakı azərbaycanlılara BƏD xəbər – Bundan sonra…
54
Baxış sayı

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafiq siyahının ilkin olaraq 22-dən 43 maddəyə qaldırılması planlaşdırılsa da, daxil olan təkliflər əsasında bu rəqəm 45-ə çatdırılıb. Siyahıya əlavə edilən son iki bənd sərhədçiyə itaətsizlik və ayrıseçkilik (İnsanın cinsindən, irqindən, dərisinin rəngindən, milliyyətindən, dilindən, yaşından və dinindən asılı olaraq hüquq və azadlıqlarının pozulması) halları ilə bağlıdır.

 

Volodin öz “Telegram” kanalında bu addımın ölkədə ictimai təhlükəsizliyin təmin olunmasına və miqrasiya sahəsində nizam-intizamın yaradılmasına xidmət edəcəyini vurğulayıb. Dövlət Duması İnzibati Xətalar Məcəlləsinə təklif olunan düzəlişləri artıq birinci oxunuşda qəbul edib. Yeni qanun layihəsinə görə, miqrantlar Rusiya ordusunu ləkələmə, icazəsiz mitinqlərdə iştirak, sanksiya çağırışları və ərazi bütövlüyünü pozmağa yönəlmiş addımlara görə də ölkədən qovulacaqlar. Siyahıya fövqəladə və hərbi vəziyyət qaydalarını pozma, toy və şənliklərdə havaya atəş açma, polisə itaətsizlik və xırda xuliqanlıq kimi xətalar da daxildir.

 

Görünən odur ki, Rusiyada miqrantların deportasiya olunması üçün əsasların siyahısı genişləndirilir. Yəni hansı inzibati xətalara görə insanlar deportasiya oluna bilərlər.

Rusiyada yaşayan azərbaycanlıları deportasiyası üçün yeni qaydalarda nələrdən daha çox istifadə oluna bilər?

 

 

teleqraf.com1429793372Xezer Teyyublu 231010.jpg (17 KB)

Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Musavat.com-a açıqlamasında vurğuladı ki, Rusiyada deportasiya üçün əsasların genişləndirilməsi ilk baxışdan miqrasiya sahəsində nizam-intizamın gücləndirilməsi kimi təqdim olunsa da, hüquqi baxımdan bu dəyişikliklər ciddi müzakirələr doğurur: “Xüsusilə inzibati xətaların sayının əhəmiyyətli dərəcədə artırılması deportasiya institutunun daha geniş tətbiqinə yol aça bilər. Bu da miqrantların fundamental hüquqlarının müdafiəsi baxımından narahatlıq yaradır. Rusiyada yaşayan azərbaycanlılar da digər xarici vətəndaşlar kimi yeni qaydaların təsiri altına düşəcəklər. Ən böyük risk ondan ibarətdir ki, əvvəllər yalnız cərimə və ya inzibati məsuliyyət yaradan bəzi əməllər artıq ölkədən çıxarılma ilə nəticələnə bilər. Xüsusilə, polisə itaətsizlik, icazəsiz aksiyalarda iştirak, sərhəd əməkdaşının göstərişinə əməl etməmək və digər inzibati pozuntuların şərhində subyektiv yanaşma ehtimalı hüquqi müdafiə mexanizmlərinin əhəmiyyətini daha da artırır. Hüquqi dövlət prinsipinə görə, deportasiya yalnız müstəsna hallarda və proporsionallıq prinsipi gözlənilməklə tətbiq edilməlidir. İnsan yalnız kiçik inzibati xətaya görə ailəsindən, işindən və uzun illər yaşadığı mühitdən məhrum edilməməlidir. Əks halda, bu, ailə həyatına hörmət, ədalətli araşdırma və effektiv hüquqi müdafiə hüququ kimi beynəlxalq səviyyədə tanınan prinsiplərlə ziddiyyət təşkil edir”.

 

Hüquq müdafiəçisi soydaşlarımıza çağırış etməyi də unutmadı: “Rusiyada yaşayan azərbaycanlı miqrantlar yeni qaydalar qüvvəyə minəcəyi halda hüquqlarını daha diqqətlə qorumalı, inzibati protokollarla razılaşmadıqda onları məhkəmədə mübahisələndirməli və hüquqi yardım almaq imkanlarından istifadə etməlidirlər. Hər bir deportasiya qərarı fərdi qaydada əsaslandırılmalı və məhkəmə nəzarətindən keçməlidir. Kollektiv və ya avtomatik yanaşma hüquqi baxımdan qəbulolunmazdır.

 

Bu qanun layihəsinin qəbul edilməsinin əsas səbəbləri isə Rusiyada son illər miqrasiya siyasətinin sərtləşdirilməsi, təhlükəsizlik məsələlərinin ön plana çıxarılması, qanunsuz miqrasiyaya qarşı nəzarətin gücləndirilməsi və dövlətin miqrasiya axınını daha sərt inzibati vasitələrlə tənzimləmək istəyidir. Hakimiyyət bu addımı ictimai təhlükəsizliyin təmin olunması ilə əsaslandırsa da, insan hüquqları müdafiəçiləri belə geniş səlahiyyətlərin ayrı-seçkilik, selektiv tətbiq və miqrantlara qarşı təzyiq riskini artıra biləcəyini vurğulayırlar. Bu baxımdan, qanunun tətbiqində əsas meyar milliyyət deyil, hüququn aliliyi olmalıdır. Rusiyada yaşayan azərbaycanlıların və digər miqrantların qanun qarşısında bərabərliyi, müdafiə hüququ və ədalətli məhkəmə araşdırması tam təmin edilməli, deportasiya isə yalnız kifayət qədər hüquqi əsaslar və obyektiv sübutlar olduqda son tədbir kimi tətbiq edilməlidir. Hüquqi dövlətin əsas prinsipi də məhz budur ki, təhlükəsizlik tədbirləri insan hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına çevrilməməlidir”.

Oxşarxəbərlər

TƏCİLİ! Tramp elan etdi – Bu gecə “qiyamət qopacaq” – NATO da qoşulur
Dünya

TƏCİLİ! Tramp elan etdi – Bu gecə “qiyamət qopacaq” – NATO da qoşulur

08/07/2026 22:09
50
Məşhur aktrisa vəfat etdi – FOTO
Dünya

Məşhur aktrisa vəfat etdi – FOTO

08/07/2026 20:51
52
Xameneinin öldürüldüyü yerin görüntüləri İLK dəfə yayıldı – ŞOK VİDEO
Dünya

Xameneinin öldürüldüyü yerin görüntüləri İLK dəfə yayıldı – ŞOK VİDEO

08/07/2026 19:57
54
Rusiyanın təyyarəsi VURULDU
Dünya

Rusiyanın təyyarəsi VURULDU

08/07/2026 17:20
55
NATO-nun yekun bəyannaməsi imzalandı – Türkiyə öhdəlik götürdü
Dünya

NATO-nun yekun bəyannaməsi imzalandı – Türkiyə öhdəlik götürdü

08/07/2026 16:48
56
Zelenskinin başı dərddə: Bu iki ölkə Ukraynaya yardımdan İMTİNA ETDİ
Dünya

Zelenskinin başı dərddə: Bu iki ölkə Ukraynaya yardımdan İMTİNA ETDİ

08/07/2026 14:17
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Böyük güclər İrana qarşı birləşir: Rutte elan etdi

Böyük güclər İrana qarşı birləşir: Rutte elan etdi

08/07/2026 22:53
50
TƏCİLİ! Tramp elan etdi – Bu gecə “qiyamət qopacaq” – NATO da qoşulur

TƏCİLİ! Tramp elan etdi – Bu gecə “qiyamət qopacaq” – NATO da qoşulur

08/07/2026 22:09
50
Məşhur aktrisa vəfat etdi – FOTO

Məşhur aktrisa vəfat etdi – FOTO

08/07/2026 20:51
52
Tanınmış alim yıxılaraq dünyasını dəyişdi – FOTO

Tanınmış alim yıxılaraq dünyasını dəyişdi – FOTO

08/07/2026 20:43
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
73

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
64

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.