Prezident Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinə 40 günlük “Rusiyanı sülhə məcburetmə əməliyyatı”na başlaması əmrini verib.
Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
“Bu xəbəri görəndə ilk ağlıma gələn “Flaminqo” raketləri oldu. Məsələ ondadır ki, istehsal günündən bu raketlərin istifadə sayı istehsal sayından qat-qat azdır və açıq görünür ki, Ukrayna çox böyük rezerv toplayır və hansısa məqamda toplanan raketləri Rusiyanın başına yağdıracaq. Amma şübhəli bir məqam var, niyə Zelenski orduya yox, hərbi kəşfiyyata yox, məhz UTX-yə əmr verib? Ola da bilər ki, Rusiya ərazisində hərbi-siyasi rəhbərlikdə təmsil olunan çox ciddi şəxslərin kütləvi zərərsizləşdirilməsinə start veriləcək”, – o bildirib.













