Çərşənbə axşamı, Mart 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

SEPAH-dan sərt xəbərdarlıq – Neft bazarı risk altında

10/03/2026 13:12
Dünya
52 2
SEPAH-dan sərt xəbərdarlıq – Neft bazarı risk altında
68
Baxış sayı

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda neft ixracı ilə bağlı sərt bəyanatla çıxış edib. Qurum ABŞ və Vaşinqtonla əməkdaşlıq edən ölkələrə regiondan neft ixracına icazə verilməyəcəyini açıqlayıb.

SEPAH nümayəndələrinin sözlərinə görə, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar davam etdiyi müddətdə İran silahlı qüvvələri regiondan ABŞ və onun tərəfdaşlarına neft tədarükünün qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcək.

Bildirilib ki, bu müddət ərzində ABŞ və müttəfiqlərinə “bir litr belə” neftin ixracına imkan verilməyəcək. Qurumun açıqlamasında qeyd olunub ki, İran regionda enerji nəqli yollarına və strateji keçidlərə nəzarət imkanlarını nəzərə alaraq müvafiq addımlar ata bilər. SEPAH həmçinin vurğulayıb ki, ABŞ-nin hərbi təzyiqləri davam edərsə, bu, regionda enerji təhlükəsizliyi və qlobal neft bazarına ciddi təsir göstərə bilər.

SEPAH-ın bu bəyanatı özündə nəyi ehtiva edir? Həqiqətən də bu açıqlama enerji bazarına ciddi mənada təsir edəcəkmi?

Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov SEPAH tərəfindən səsləndirilən bu bəyanatın yalnız hərbi və siyasi mesaj deyil, eyni zamanda enerji bazarına yönəlmiş ciddi geosiyasi siqnal olduğunu bildirib.

 

“Burada əsas məqsəd regionda enerji axınlarının təhlükəsizliyi məsələsini gündəmə gətirmək və ABŞ üzərində iqtisadi və siyasi təzyiq formalaşdırmaqdır”-, deyən ekspert SEPAH-ın təkcə hərbi qurum olmadığını da vurğulayıb:

“Bu struktur İran daxilində və regionda geniş iqtisadi imkanlara malik təşkilatlardan biridir. Enerji, logistika, tikinti, maliyyə və nəqliyyat kimi sahələrdə ciddi iqtisadi təsir rıçaqları mövcuddur. Məsələn, İranın maliyyə sektorunda fəaliyyət göstərən “Bank Sepah” kimi institutlar da ölkənin iqtisadi sistemində mühüm rol oynayır və bu, İranın hərbi-strateji strukturlarının iqtisadi müstəvidə də müəyyən təsir imkanlarının olduğunu göstərir”.

İqtisadçı İranın ötürdüyü mesajın detallarını da açıqlayıb:

“İranın mesajı ondan ibarətdir ki, əgər ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatlar davam edərsə, regiondan ABŞ və onun tərəfdaşlarına yönələn neft tədarükü risk altına düşə bilər. Bu isə ilk növbədə Hörmüz boğazı kimi strateji marşrutların təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Məlumdur ki, dünya üzrə dəniz yolu ilə daşınan neftin 20-%, sıxılmış maye qazın isə 35-%-i məhz bu boğazdan keçir. Bununla belə, belə bəyanatlar çox zaman siyasi və psixoloji təzyiq aləti kimi də istifadə olunur. Praktiki baxımdan regiondan “bir litr belə neftin çıxmasına imkan verilməyəcəyik” olduqca ciddi və mürəkkəb məsələdir. Çünki bu, təkcə İranın deyil, eyni zamanda regionun digər böyük enerji istehsalçılarının və beynəlxalq koalisiyaların maraqlarına toxunan məsələdir. Enerji bazarları isə bu cür risk siqnallarına çox həssasdır. Belə açıqlamalar qısa müddətdə neft qiymətlərində dalğalanma yarada bilər. Lakin uzunmüddətli təsir yalnız o halda mümkün olacaq ki, regionda real hərbi eskalasiya davam etsin və enerji marşrutları faktiki olaraq blokada altına düşsün. Hesab edirəm ki, bu bəyanat daha çox geosiyasi təzyiq və güc nümayişi xarakteri daşıyır. Amma eyni zamanda regionun enerji təhlükəsizliyi baxımından risk faktorlarının artdığının da göstəricisidir”.\Sfera.az

Oxşarxəbərlər

Türkiyədə ZƏLZƏLƏ
Dünya

Türkiyədə ZƏLZƏLƏ

10/03/2026 16:45
50
Tramp neftin bahalaşmasından danışdı: Qadağalar ləğv edilə bilər
Dünya

Tramp neftin bahalaşmasından danışdı: Qadağalar ləğv edilə bilər

10/03/2026 15:55
61
Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edəcək – SƏBƏB
Dünya

Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edəcək – SƏBƏB

10/03/2026 15:48
61
İranda 9 xəstəxana fəaliyyətini DAYANDIRDI
Dünya

İranda 9 xəstəxana fəaliyyətini DAYANDIRDI

10/03/2026 15:13
61
Müharibənin təsirləri: Məktəblər bağlandı, işlər onlayn rejimə keçdi
Dünya

Müharibənin təsirləri: Məktəblər bağlandı, işlər onlayn rejimə keçdi

10/03/2026 15:08
72
İranda aeroport VURULDU
Dünya

İranda aeroport VURULDU

10/03/2026 15:01
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Netanyahu HARADADIR?

Netanyahu HARADADIR?

10/03/2026 16:19
52
Prezident daha bir qanunu TƏSDİQLƏDİ

Prezident daha bir qanunu TƏSDİQLƏDİ

10/03/2026 16:07
51
“Qədr gecəsi şans gecəsi deyil ki, oyaq qalasınız” – İlahiyatçıdan ETİRAZ

“Qədr gecəsi şans gecəsi deyil ki, oyaq qalasınız” – İlahiyatçıdan ETİRAZ

10/03/2026 16:03
59
Azad edilmiş ərazilərdə daha 23 mina AŞKARLANIB

Azad edilmiş ərazilərdə daha 23 mina AŞKARLANIB

10/03/2026 15:56
59

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
66

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
79

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.