Rusiyalı jurnalist Vladimir Solovyova qarşı sui-qəsdə cəhd edilib.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Onu zəhərli pizza ilə öldürməyə cəhd ediblər”, – məlumatda vurğulanıb.
Sui-qəsddə təqsirləndirilənlərdən Andrey Pronskinin səs yazısı üzə çıxıb.
“Biz Solovyovun ünvanını tapırıq, onun “Yandex Food” vasitəsilə verdiyi sifarişi izləyirik, sifarişi ələ keçirib onu zəhərlənmiş pizza ilə əvəz edirik”, — səs yazısında deyilir.














