Rusiyanın “Rosselxoznadzor” xidmətinin rəhbəri Sergey Dankvert Ermənistandan idxal edilən bitki və heyvandarlıq məhsulları ilə bağlı ciddi iradların olduğunu bəyan edib. Qurum rəhbərinin sözlərinə görə, tədarük edilən məhsulların çeşidi və həcmi onların heç də hamısının Ermənistan mənşəli olmadığını düşünməyə əsas verir.
Gündəm24.az xəbər verir ki, S.Dankvert bu problemin Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində ixrac həcminin məntiqsiz və kəskin şəkildə artması ilə bağlı olduğunu izah edib. Məsələn, son üç il ərzində Ermənistan gül ixracını 36 milyondan 100 milyon ədədə çatdırıb. Həmçinin, Ermənistandan gələn yüklərdə 900-ə yaxın karantin obyekti aşkar edilib. Eyni zamanda, ölkədən idxal olunan kərə yağı, pendir və alabalıq (forel) balığının da mənşəyi ciddi şübhələr doğurur./KONKRET.az/













