Ermənistanın Ararat vilayətinin qubernatoru Sedrak Tevonyan Kərki kəndi ilə bağlı suala qəzəblənib.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyə gedən Tevonyan binaya daxil olarkən jurnalistlərlə qarşılaşıb.
Jurnalistlər ondan, “Tiqranaşenin (Kərki-red.) Azərbaycana təhvil veriləcəyi məsələsi də müzakirə edirsinizmi?”, – -deyə soruşublar.
Tevonyan buna cavab olaraq, “Burada kino çəkirsiz? Mən Ermənistanın suverenliyinin qorunmasının tərədarıyam. Siz gedin öz işinizlə məşğul olun”, – bildirib.
Qeyd edək ki, son zamanlarda demarkasiya prosesi çərçivəsində Kərkinin Başkəndlə mübadilə ediləcəyinə dair Ermənistan ictimaiyyəti və KİV-də ciddi müzakirələr gedir.














