“Rusiya bir müddət əvvəl bizi təhdid etdi. Əvəzində mən nüvə sualtı qayıqlarını – indiyə qədər yaradılmış ən ölümcül silahı – Rusiya sahillərinə göndərdim. Mən bunu “nüvə” sözünün xatırladıqlarına görə etdim… Bunu deyən Putinə işləyən axmaq adam idi”-deyə Tramp vurğulayıb.
“Mən isə Rusiya sahillərinə bir-iki sualtı qayıq göndərdim. Sadəcə ehtiyat tədbiri kimi. Biz insanların bu sözü sağa-sola bu cür atmasına icazə verə bilmərik”, – Tramp ABŞ hərbi generalları və admiralları ilə görüşdə deyib.














