ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların öz düşmənlərinə qarşı yumşaq davranmaq niyyətində olmadığını bəyan edib.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evin “YouTube” kanalında yayımlanan ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumu zamanı çıxışında bildirib.
Trampın sözlərinə görə, Vaşinqton düşmənlərini dəyişmək istəyir və əgər onlar buna hazır deyilsə, ABŞ sərt addımlara əl atmaqdan çəkinməyəcək.
Onun sözlərinə görə, məqsəd qarşı tərəfi davranışlarını dəyişməyə məcbur etməkdir:
“Biz düşmənlərimizi dəyişmək istəyirik. Mən bunu nəzakətlə deyirəm, amma əgər onlar dəyişməsələr, biz çirkin olacağıq. Ümid edirəm ki, buna ehtiyac qalmayacaq”.














