Bu gün ABŞ prezidenti Donald Tramp İranla bağlı özünü “Truth Social” platformasında diqqətçəkən paylaşım edib.
Ajans.az xəbər verir ki, Tramp paylaşımında İranı “terror dövləti” kimi xarakterizə edərək yazıb:
“Maraqlıdır, əgər İranın terror dövləti adlandırılan quruluşundan qalanları da tamamilə aradan qaldırsaydıq və bu dövlətdən istifadə edən ölkələri – biz yox – həmin “boğaz” (Hörmüz boğazı nəzərdə tutulur) məsələsinə görə cavabdeh etsəydik, nə baş verərdi? Bu, cavab verməyən bəzi “müttəfiqlərimizi” tez bir zamanda hərəkətə gətirərdi”.














