Ukrayna Silahlı Qüvvələrinin Kubanın Temryuk rayonundakı “Qafqaz” limanına dron hücumu nəticəsində üç nəfər yaralanıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Rusiya FHN-in yerli idarəsi məlumat yayıb.
Bildirilib ki, dronların parçaları həmçinin lövbər kompleksində yanğına səbəb olub və xidməti gəmiyə ziyan vurub, lakin yanğın tez bir zamanda söndürülüb.
Başqa bir rayonda, Severskidə isı PUA-ların qalıqlarının Afip NEZ-də texniki qurğularda yanğına səbəb olub.














