Qazaxıstan yenidən Xəzər dənizinin səviyyəsi ilə bağlı xəbərdarlıq edib.
Gündəm24.az xəbər verir ki, bu barədə Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
“Mövcud iqlim və antropogen tendensiyalar davam edərsə, Xəzər dənizinin səviyyəsi 2030-cu ilə qədər daha yarım metr enə bilər. Ümumiyyətlə, suyun səviyyəsi 2006-cı ildən bəri iki metrdən çox enib”, – deyə bildirilib.














