Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən NATO Sammitində çıxışı zamanı Azərbaycanın Ukraynanın etibarlı tərəfdaşlarından biri olduğunu bildirib.
Gündəm24.az xəbər verir ki, bu barədə o çıxışında vurğulayıb ki, Avropa İttifaqı, Türkiyə, NATO üzvü dövlətlər, eləcə də Azərbaycan, Körfəz ölkələri və digər dost dövlətlər artıq Ukraynanın güclü tərəfdaşlarıdır.
Ukrayna lideri bildirib ki, bu əməkdaşlığın gələcəkdə ölkələrin təhlükəsizliyinin təmin olunmasına və mövcud təhdidlərə qarşı etibarlı müdafiə mexanizminin formalaşmasına töhfə verəcəyinə ümid edir.//ajans.az














