“Yaponiya 2026-cı ildə Ukraynaya təxminən 6 milyard dollar dəyərində əlavə maliyyə dəstəyi vermək qərarına gəlib”.
Gündəm24.az Globalinfo.az-a istinadən verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, Ukraynanın müdafiəsini gücləndirəcək bu qərara görə Yaponiyaya və Baş nazir Sanae Takaiçiyə təşəkkür edib:
“Bu dəstək Kiyevi Rusiyanın təcavüzündən qorumağa və qaydalara əsaslanan beynəlxalq nizamı gücləndirməyə kömək edəcək”.














