Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

24/07/2026 17:22
Elm və təhsil
820 34
Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı
707
Paylaşım sayı
982
Baxış sayı

Dövlət İmtahan Mərkəzi doktorantura və dissertanturaya qəbul, eləcə də fəlsəfə doktoru səviyyəsində xarici dil imtahanlarının nəticələrini elan edib.

 

Gündəm24.az xəbər verir ki, DİM tərəfindən iyunun 25-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 17-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

 

Məlumata görə, imtahanlarda ümumilikdə 2243 namizəd və iddiaçı iştirak edib. Onlardan 1864 nəfəri doktoranturaya qəbul, 378 nəfəri xarici dil üzrə fəlsəfə doktoru, 1 nəfəri isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak edib. 73 nəfər isə imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

Bundan başqa, 109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı, 1 əcnəbi iddiaçı isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş tələbləri yerinə yetirib.

 

Qeyd olunub ki, xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə minimum 2 bal toplamaq şərti ilə 25 və daha çox bal əldə edən namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar.

 

Eyni zamanda, qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahan tarixindən etibarən 5 il ərzində ilkin müzakirəyə təqdim etdikləri halda xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunacaqlar.

 

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul qiymət almaq üçün isə bloklar üzrə minimum 2 bal şərti nəzərə alınmaqla 30 bal toplamaq tələb olunur.

 

DİM bildirib ki, imtahan nəticələri ilə bağlı apellyasiya prosesi 27 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə təşkil olunacaq.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrindən narazı olan namizədlər 25 iyul saat 10:00-dan 26 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

 

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının nəticələri ilə bağlı müraciətlər isə həmin tarixlərdə doktorantura@dim.gov.az elektron poçt ünvanına göndərilməlidir. Göstərilən müddətdə qeydiyyatdan keçməyən namizədlərin sonradan apellyasiya müraciəti qəbul edilməyəcək.

Oxşarxəbərlər

Universitet müəllimləri də sertifikasiyadan keçməlidirmi? –  AÇIQLAMA  
Manşet

Universitet müəllimləri də sertifikasiyadan keçməlidirmi? –  AÇIQLAMA  

07/10/2026 17:15
1k
Nazirlik bu tələbələrlə bağlı MƏLUMAT YAYDI
Elm və təhsil

Nazirlik bu tələbələrlə bağlı MƏLUMAT YAYDI

07/10/2026 11:57
954
Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA
Elm və təhsil

Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA

06/10/2026 17:29
957
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq – RƏSMİ
Elm və təhsil

1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq – RƏSMİ

06/10/2026 16:12
971
Məktəbli uşağı olan şəxslərə şad xəbər – Nazirlik açıqladı
Elm və təhsil

Məktəbli uşağı olan şəxslərə şad xəbər – Nazirlik açıqladı

06/10/2026 12:35
954
“Müəllimlərin işi azalmayıb, əksinə artıb”
Elm və təhsil

“Müəllimlərin işi azalmayıb, əksinə artıb”

05/10/2026 11:32
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Məktəblərdə MÜƏLLİM VƏ ŞAGİRD GEYİMİNƏ XÜSUSİ NƏZARƏT — Yoxlamalar başladı

Məktəblərdə MÜƏLLİM VƏ ŞAGİRD GEYİMİNƏ XÜSUSİ NƏZARƏT — Yoxlamalar başladı

09/10/2026 16:48
966
Mina qurbanlarına xüsusi status və yardım verilə bilər

Mina qurbanlarına xüsusi status və yardım verilə bilər

09/10/2026 15:29
953
Uzun müddətdir gözlənilən FÜRSƏT: Bu şəxslərin qazancı ARTA BİLƏR

Uzun müddətdir gözlənilən FÜRSƏT: Bu şəxslərin qazancı ARTA BİLƏR

09/10/2026 15:00
956
Bu şayiə erməniləri təşvişə saldı

Bu şayiə erməniləri təşvişə saldı

09/10/2026 14:51
964

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
961

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
961

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
980

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.