2026-cı ildə yeni fənlər üzrə keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində 3227 müəllim keçid balını toplaya bilməyib.
Gündəm24.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, bu il ilk dəfə fiziki tərbiyə, musiqi, təsviri incəsənət, texnologiya və tarix fənlərini tədris edən müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunublar.














