Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

““Müəllim cavabdehdir” düşüncəsi yanlışdır” – Məleykə Abbaszadə

23/06/2026 09:52
Elm və təhsil
811 34
““Müəllim cavabdehdir” düşüncəsi yanlışdır” – Məleykə Abbaszadə
699
Paylaşım sayı
971
Baxış sayı

“Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə və ya “gözəl geyindirilmiş kukla” kimi görməməlidir”, 

Gündəm24.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Trend”ə müsahibəsində bildirib.

DİM sədrinin sözlərinə görə, hər kəs valideyndir, amma valideyn olmaq təkcə bu statusla bitmir:

“Real valideyn olmaq üçün həyata ciddi yanaşmaq, müəyyən dəyərlərə sahib olmaq və övladına hansı şəxsiyyəti formalaşdırmaq istədiyini aydın bilmək lazımdır. Bu, çox ağır bir məsuliyyətdir. Hər kəsin öz işi var, amma valideyn olmaq da bir işdir. Bu işi başqasına həvalə edib “müəllim cavabdehdir” düşüncəsi ilə yanaşmaq təəssüf ki, bəzi hallarda rast gəlinir. Halbuki valideyn öz övladını hamıdan yaxşı tanıyır və onun nəyə qadir olduğunu ən düzgün şəkildə qiymətləndirə bilər. Əlbəttə, bu, yalnız özünü də düzgün qiymətləndirməyi bacaran valideynlərə aiddir. Hazırda müəllimə müraciət təkcə ali məktəbə qəbul üçün deyil, hətta birinci sinfə hazırlıq üçün də edilir. Halbuki birinci sinfə hazırlıq üçün uşaqla vaxt keçirmək, ona kitablar oxumaq, nağıllar danışmaq və beş yaşına qədər onunla maraqlanmaq lazımdır. Bu isə zaman, səbir və diqqət tələb edir. Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə və ya “gözəl geyindirilmiş kukla” kimi görməməlidir. Çünki uşaq bir şəxsiyyətdir və onu formalaşdırmaq üçün valideynin özü də aktiv şəkildə çalışmalıdır ki, uşaq da sənə əsaslanıb, sənin verdiyin dəyərlərə əsaslanıb bir şəxsiyyət kimi formalaşsın. Bax, bu çox çətin bir işdir. İndi uşaqlarda məsuliyyət hissi, öz vaxtını düzgün istifadə etmək kimi bacarıqları formalaşdırmaq indiki zamanda daha çətindir. Çünki yenə də təkrar edirəm, əylənmək üçün kifayət qədər imkanlar çoxalıb. Mən heç kimi qınamıram, başa düşürəm ki, hər ailənin vəziyyəti fərqlidir. Amma valideyn əgər uşağını sevirsə, o, özü də uşaqla məşğul olmalı, onu dinləməli, onun maraq və bacarıqlarının formalaşmasında bilavasitə iştirak etməlidir”.

Məleykə Abbaszadə qeyd edib ki, müvafiq kitablar, materiallar, model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Onun sözlərinə görə, hər il yüzlərlə uşaq belə qəbul olunur.

“Mən müşahidə edirəm ki, bəzi gənc ailələr bu məsələyə daha məsuliyyətli yanaşırlar. Uşaqlarla daha çox vaxt keçirir, onlarla aktiv şəkildə məşğul olurlar. Ataların da prosesdən kənarda qalmaması çox müsbət haldır. Bu, əvvəlki dövrlərlə müqayisədə yaxşı bir dəyişiklikdir. Valideynlik müasir dövrdə çox ağır, amma eyni zamanda ən vacib işdir. Hətta karyeradan da önəmlidir, çünki sənin böyütdüyün insan sənin gələcəkdə ən yaxın dayağın olur. Əslində uşaqların taleyi bizim əlimizdədir. Amma eyni zamanda da bizim taleyimiz gənclərin əlindədir. Biz onları necə tərbiyə eləyəcəyiksə, gələcəkdə bizim taleyimiz də onların əlində olacaq. Ona görə də öz vaxtını, sevgisini valideyn uşaqdan əsirgəmirsə, o uşaq xoşbəxt insan kimi böyüyəcək. Və fərqi yoxdur, o, bir il gec ali məktəbə qəbul olundu, yoxsa həmin il. Əsas odur ki, o xoşbəxt bir insan olacaq. Müvafiq kitablar, materiallar, model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Biz kifayət qədər metodiki material buraxırıq və onlarla məşğul olan uşaqlar özləri qəbul olunur. Hər il yüzlərlə belə qəbul olunan uşaqlar var. Amma təəssüflər olsun, o uşaqlar böyük şəhərlərdə yox, bizim müxtəlif qəsəbələrdən olur”, – o, əlavə edib.

Qeyd edək ki, müsahibə 23 iyun 20:45-də “Trend” Beynəlxalq İnformasiya Agentliyində və “Baku TV” televiziya kanalında yayımlanacaq.

Oxşarxəbərlər

Universitet müəllimləri də sertifikasiyadan keçməlidirmi? –  AÇIQLAMA  
Manşet

Universitet müəllimləri də sertifikasiyadan keçməlidirmi? –  AÇIQLAMA  

07/10/2026 17:15
1k
Nazirlik bu tələbələrlə bağlı MƏLUMAT YAYDI
Elm və təhsil

Nazirlik bu tələbələrlə bağlı MƏLUMAT YAYDI

07/10/2026 11:57
954
Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA
Elm və təhsil

Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA

06/10/2026 17:29
957
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq – RƏSMİ
Elm və təhsil

1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq – RƏSMİ

06/10/2026 16:12
971
Məktəbli uşağı olan şəxslərə şad xəbər – Nazirlik açıqladı
Elm və təhsil

Məktəbli uşağı olan şəxslərə şad xəbər – Nazirlik açıqladı

06/10/2026 12:35
954
“Müəllimlərin işi azalmayıb, əksinə artıb”
Elm və təhsil

“Müəllimlərin işi azalmayıb, əksinə artıb”

05/10/2026 11:32
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI

Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI

09/10/2026 14:40
969
Bunun FƏLAKƏTLİ NƏTİCƏLƏRİ ola bilər — Prezident

Bunun FƏLAKƏTLİ NƏTİCƏLƏRİ ola bilər — Prezident

09/10/2026 14:20
969
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir – FOTO

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir – FOTO

09/10/2026 13:33
969
İlham Əliyev “Avaza” Kompleksində milli stendlərə baxdı

İlham Əliyev “Avaza” Kompleksində milli stendlərə baxdı

09/10/2026 13:28
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
958

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
973

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.