Çərşənbə, İyun 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Pulsuz” təhsil dünyanın heç yerində yoxdur” – Nazir

24/06/2026 15:32
Elm və təhsil
43 0
“Pulsuz” təhsil dünyanın heç yerində yoxdur” – Nazir
55
Baxış sayı

“Hər bir müsahibədə Elm və Təhsil Nazirliyi olaraq müəyyən məqamlara toxunaraq təhsil sahəsində ictimai müzakirəni canlandırmağa çalışırıq və dövlət qurumu olaraq belə müzakirələri faydalı hesab edirik. Demək olar ki, hər müsahibədən sonra söylənilən fikirlərin bəzilərinin kontekstdən çıxarılaraq yanlış məcraya yönəldilməsinin də şahidi oluruq ki, bu da özü-özlüyündə müzakirənin səmərəliliyinə xələl gətirir”.

 

Gündəm24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb.

 

“Bunun qəsdən və ya bilməzlikdən baş verməsini bir kənara qoyub keçirəm mətləbə – yəni son müsahibədə ali təhsil xərcləri ilə bağlı söylənilən fikirlərin təkrar şərhinə. Söylədiyim fikir bundan ibarət idi ki, Azərbaycanda 1 tələbəyə düşən təhsil haqqı (oxu: təhsil xərcləri) inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Təhsil haqqının aşağı olması sosial nöqteyi-nəzərdən nə qədər müsbət qarşılansa da, ümumilikdə təhsilin keyfiyyətinə təsir edən amildir. Yəni təhsil də digər sahələrdə olduğu kimi investisiya tələb edir və ya təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri də maliyyələşmədir. Çünki ali təhsil sistemində müəllimlərin əməkhaqqısı, maddi-texniki baza, tədqiqatlar və digər məsələlər bu xərclərdən asılıdır. Bu fikirlərə şərh bildirən bəzi vətəndaşlar bir sıra ölkələrdə təhsilin “pulsuz” olduğunu vurğulayaraq söylənilən fikirlərin yumşaq desək, həqiqəti əks etdirmədiyini iddia edirlər. Kimlərsə şərh yazdı, kimlərsə qınadı, kimlərsə də poster düzəldib onu geniş kütləyə yaymağa çalışdı. İşin əsli necədir?

 

Əvvəla, “pulsuz” təhsil dünyanın heç yerində yoxdur. Təhsil həmişə ödənişlidir. Misal kimi göstərilən Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10,000-18,000 avro (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) təşkil edir. Avstriyada və ya Fransada tələbənin ödədiyi 500-1000 avro məbləğ isə 1 semestr üçün qeydiyyat haqqıdır, yəni təhsil haqqı deyil. Başqa sözlə, bu ölkələrdə təhsil haqqı (və ya xərci) aşağı deyil, bu xərc müəyyən sayda vətəndaş üçün dövlət tərəfindən qarşılanır. Sadəcə, vətəndaşların heç də hamısı ali təhsilli olmaq istəmir. Təxminən 40-60% məzun peşə təhsili alır. Yazdıqlarımın təsdiqi və daha ətraflı məlumat üçün aşağıdakı linkə baxa bilərsiniz.”

 

Nazir həmçinin beynəlxalq təcrübəni ölkəmizlə müqayisə edib: “Bəs ölkəmizdə bu məsələlər necədir? Azərbaycanda da müəyyən sayda vətəndaş (hər il bakalavr pilləsi üzrə qəbul olunanların yarıdan çoxu, təxminən 30,000 nəfərdən çox tələbə) təhsilini dövlət hesabına alır və ya başqa sözlə “pulsuz” oxuyur. Bu say dövlət sifarişi əsasında maliyyələşdirilir. Başqa sözlə, dövlət iqtisadiyyatın gələcək ehtiyaclarını təhlil edərək zəruri sayda vətəndaşın təhsilini öz üzərinə götürür. Bəzi ixtisaslar (məs: tibb, kənd təsərrüfatı ixtisasları) tamamilə dövlət sifarişi əsasında maliyyələşir, çünki bu ixtisaslara ciddi ehtiyac görünür. Eyni zamanda tədricən keyfiyyət artımına nail olmaq üçün hər il SABAH proqramı çərçivəsində bir sıra ixtisaslar üzrə dövlət sifarişi məbləği qədər vəsait də təhsil xərcinə əlavə olunur. İkili diplom proqramları, digər ölkələrlə birgə universitetlərdə tədris edilən proqramlar da dövlət sifarişi ilə müqayisədə daha yüksək xərclərə başa gəlir. Məlumat üçün qeyd edim ki, bu tip proqramlarda təhsil xərcləri inkişaf etmiş ölkələr ilə müqayisə edilə biləndir.

 

Sual verə bilərsiniz ki, bəs Azərbaycanda niyə ödənişli təhsil də mövcuddur? Bu məqam daha çox ali təhsilə olan tələbatla bağlıdır – ölkədə az qala hamı ali təhsil almaq istəyir və ya hüquqşünas olmaq istəyənlərin sayı əmək bazarında ehtiyac olan hüquqşünasların sayından çoxdur. Dövlət isə yalnız zəruri hesab etdiyi sayda vətəndaşı maliyyələşdirir. Nümunə olaraq hüquqşünaslıq ixtisası ilə davam edək: dövlət sifarişi əsasında hər il 600 nəfər tələbə maliyyələşdirilir və ya “pulsuz” oxuyur. Bununla belə hüquqşünaslıq ixtisasına əlavə olaraq 895 nəfər də ödənişli əsasda qəbul olunur. Bu 895 nəfərin topladığı bal onların dövlət sifarişi əsasında (ödəniş etmədən) digər ixtisaslarda oxumasına imkan versə də, onlar ödənişli əsasda hüquqşünas ixtisasını seçirlər. Yəni bir çox abituriyent var ki, onlar öz vəsaitləri hesabına arzu etdikləri ixtisaslarda oxumağı ödənişsiz (dövlət hesabına) təhsildən daha üstün tuturlar”.

 

Nazir əlavə edib ki, dövlət sifarişinin dəyəri mərhələlərlə artırılsa da, bir çox ixtisaslar üzrə vətəndaşın ödədiyi vəsait dövlət sifarişindən daha aşağıdır: “Başqa sözlə, Azərbaycanda ali təhsil müəssisələrində kompüter mühəndisi, maliyyə mütəxəssisi və ya inşaat mühəndisi olmaq üçün illik təhsil haqqı 1500-2000 AZN təşkil edir. Mənim arqumentim budur ki, bu məbləğə keyfiyyətli, qlobal rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq mümkün deyil. Yəni əgər keyfiyyətli İT mütəxəssisinin aylıq əmək haqqısı 2,500-5,000 azn təşkil edirsə, məzun bütün təhsilinə xərclədiyi vəsaiti (2,000 AZN x 4 il = 8,000 azn) 3-4 aya geri qaytarır. Maliyyədən bir az anlayışı olan adamlar başa düşərlər ki, heç bir investisiyadan belə gəlirlilik səviyyəsi mümkün deyil. Başqa sözlə, çox aşağı qiymətə olan təhsilin yekun nəticəsi ən yaxşı halda diplom ola bilər.

 

Bütün bunları deməkdə məqsəd nə idi? Məqsəd heç də ali təhsil müəssisələrində təhsil haqlarını qaldırmaqla bağlı deyil. Niyyət bu reallığı konstruktiv müzakirə etməkdir. Reallıq odur ki, dövlət sifarişi, SABAH qrupları, ikili diplom proqramları, digər ölkələrlə birgə universitet modelləri çərçivəsində təhsil alan tələbələrin təhsil haqları (xərcləri) dövlət tərəfindən qarşılanır. İqtisadiyyat üçün ehtiyac olan saylar bu yol ilə maliyyələşir. Dövlət bu istiqamətdə mərhələlərlə maliyyələşməni artırır. Daha çox insan ali təhsil almaq arzusunda olduğundan bu şəxslərə ödənişli əsaslarla da ali təhsil almaq imkanı yaradılılır. Ödənişli təhsil üzrə təhsil haqqının aşağı olması qısa müddətdə həmin tələbə üçün rahat görünsə də, uzun müddətdə nə onun özü üçün, nə də cəmiyyət üçün faydalı bir şeylə nəticələnmir.

 

Elm və Təhsil Nazirliyi olaraq biz daha çox Azərbaycan vətəndaşının ali təhsil almasının tərəfdarıyıq. Amma saylarla yanaşı keyfiyyəti də düşünmək lazımdır. Keyfiyyət həm kəmiyyətə, həm maliyyəyə, həm ümumi təhsilin keyfiyyətinə, həm də digər amillərə bağlıdır. İnanırıq ki, uzun müddətdə, mərhələlərlə bu amillərin ortaq balansını tapa bilərik – buna zaman lazımdır. Vətəndaşlara isə mesaj ondan ibarətdir ki, bəzi hallarda keyfiyyətsiz ali təhsil diplomu almaq əvəzinə keyfiyyətli peşə təhsili almaq seçimini də düşünsünlər.

 

Bu tip müzakirələrdə yəqin ki, ən asan məsələ sosial mediada əsassız şərh yazmaqdır. Amma şərhlər, mövqelər hansısa faktlara və tutarlı arqumentlərə əsaslanmalıdır. Təhsil siyasəti kifayət qədər mürəkkəb sahədir, qərarların verilməsi həmişə hansısa çətin seçimlərdən keçir. Tələbənin ödədiyi qeydiyyat haqqını təhsil xərci kimi başa düşmək və onu cəmiyyətə xəbər kimi təqdim etmək yanlış və çox dayaz mövqe nümayişidir. Belə mövqe nə vətəndaşımızı, nə də ölkəmizi irəli aparır. Bizim isə məqsədimiz inkişaf və tərəqqidir”.

Oxşarxəbərlər

Azərbaycanda universitetlərə imtahansız qəbul – Bu şansı kimlər qazana bilir?
Elm və təhsil

Azərbaycanda universitetlərə imtahansız qəbul – Bu şansı kimlər qazana bilir?

23/06/2026 22:58
55
Məktəblilərin yay tətili qısaldılacaq? – AÇIQLAMA
Elm və təhsil

Məktəblilərin yay tətili qısaldılacaq? – AÇIQLAMA

23/06/2026 13:38
55
““Müəllim cavabdehdir” düşüncəsi yanlışdır” – Məleykə Abbaszadə
Elm və təhsil

““Müəllim cavabdehdir” düşüncəsi yanlışdır” – Məleykə Abbaszadə

23/06/2026 09:52
53
Təhsil kreditləri ilə bağlı ÖNƏMLİ XƏBƏR – Yenidən…
Elm və təhsil

Təhsil kreditləri ilə bağlı ÖNƏMLİ XƏBƏR – Yenidən…

22/06/2026 20:00
57
Repititorluğu ləğv etmək mümkün deyil – Emin Əmrullayev
Elm və təhsil

Repititorluğu ləğv etmək mümkün deyil – Emin Əmrullayev

22/06/2026 19:18
57
Universitetlər Bakıdan köçürülür? – Nazir AÇIQLADI
Elm və təhsil

Universitetlər Bakıdan köçürülür? – Nazir AÇIQLADI

22/06/2026 18:45
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Vətəndaşların ABB kartındakı pullar silindi- Səbəb nədir?

Vətəndaşların ABB kartındakı pullar silindi- Səbəb nədir?

24/06/2026 16:10
50
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24/06/2026 16:07
50
“Pulsuz” təhsil dünyanın heç yerində yoxdur” – Nazir

“Pulsuz” təhsil dünyanın heç yerində yoxdur” – Nazir

24/06/2026 15:32
55
Bağlanan verilişlər yeni mövsümdən qayıdır? – RƏSMİ

Bağlanan verilişlər yeni mövsümdən qayıdır? – RƏSMİ

24/06/2026 15:20
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
84

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
78

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.