Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“TikTok”da canlı dərs keçən müəllimlərə XƏBƏRDARLIQ – Bu sözləri deməyin!

15/07/2026 18:09
Elm və təhsil
811 25
“TikTok”da canlı dərs keçən müəllimlərə XƏBƏRDARLIQ – Bu sözləri deməyin!
692
Paylaşım sayı
961
Baxış sayı

Son dövrlərdə bəzi müəllimlərin “TikTok” platformasında canlı yayım vasitəsilə şagirdlərə hazırlıq keçdiyi müşahidə olunur. Bəzi hallarda müəllimlər canlı yayım zamanı şagirdlərə onları valideynlərinin və digər izləyicilərin izlədiyini xatırladan ifadələr də işlədirlər.

Bəs bu cür yanaşma uşaqların psixologiyasına necə təsir edə bilər? Daim izlənildiyini hiss etmək onlarda həyəcan, narahatlıq və ya özünü sərbəst ifadə etməkdə çətinlik yaradırmı?

Psixoloq Nabat Mirzəyeva məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında qeyd etdi ki, canlı yayım üzərindən dərs keçmək müasir dövrdə faydalı təhsil vasitələrindən biri sayıla və ola bilər:

“Çünki burada canlı yayım üzərindən dərs keçərkən müəllim təkcə onu izləyən öz şagirdlərinə deyil, bir neçə şagirdin də maariflənməsinə dəstək olur. Ancaq müəllim dərs zamanı şagirdi ictimai şəkildə müşahidə etdiyini və hər kəsin onu izlədiyini hiss etdirirsə və bu zaman da “anan sənə baxır” və “hamı səni izləyir, hamı səni görür” kimi ifadələr işlədirsə, bu, istər-istəməz uşağın psixologiyasına müəyyən təsirlər göstərə bilər və bunu nəzərə almaq lazımdır”.

Onun sözlərinə görə, əgər uşaq toplum tərəfindən izlənirsə, biz uşağa özünü təhlükəsiz öyrənmə mühitində hiss etdirməliyik:

“Daim izlənildiyini, qiymətləndiriləcəyini hiss edən uşaq öyrənməyə deyil, artıq burada səhv etməməyə fokuslanır. Bu o deməkdir ki, “səhv edərəmsə, ya valideynlərim görərsə, ya insanlar mənə gülərlərsə” və yaxud “səhv edərəmsə, mənim bilmədiyimi görərlərsə” və s. Yəni burada uşaq öyrənməyə yox, səhv etməməyə fokuslanır. Bu da həyəcanı artırır, özünü sərbəst ifadə etməsinə mane olur və zamanla istər-istəməz özgüvənin zəifləməsinə də gətirib çıxara bilir.

Sözsüz ki, bu, bütün uşaqlarda belə olacaq demək deyil. Amma əsasən də həssas və utancaq uşaqlarda bu vəziyyət daha güclü təsir göstərə bilər. Çünki onlar “səhv edərəmsə, hamı görəcək” düşüncəsi ilə dərsdə aktiv iştirak etməkdən çəkinəcək və sual verildiyi zaman sualın cavabını bildiyi halda da cavablandırmaqdan qorxacaq və cavablandırmamağa çalışacaq.

Digər tərəfdən, valideynin övladını izləməsi, onun təhsilinə maraqlanması çox gözəl bir haldır. Ancaq bu halda valideyn nəzarət hissi yaratmamalıdır. Burada mütləq dərəcədə uşağa yanında olduğunu hiss etdirməlidir. Yəni “mən sənə nəzarət etmirəm, mən baxmıram görüm sən yaxşı cavablandıracaqsan, yoxsa pis cavablandıracaqsan. Mən sənin yanında olduğumu sənə göstərirəm, mən hər zaman buradayam, sənin yanındayam, səhv etsən də sənin yanındayam, suala səhv cavablandırsan da sənin yanındayam, düz cavablandırsan da sənin yanındayam”. Yəni dəstək olmaq üçün yanındayam”.

Müsahibimiz vurğuladı ki, psixoloji baxımdan bir uşaq üçün ən əlverişli mühit uşağın özünü rahat hiss etdiyi mühitdir:

“Səhv etmək hüququnun olduğunu hiss etdiyi, yəni səhv etmək hüququnun olduğu bir mühit olmalıdır. Yəni bir insan kimi özünü hiss etdiyi bir mühit olmalıdır. Çünki uşaq ən yaxşı nəticəni qorxduğu zaman deyil, özünü təhlükəsiz, rahat hiss etdiyi və sualı səhv cavablandırsa belə, özünü rahat hiss edəcəyi bir mühitdə göstərir. Özünü təhlükəsiz hiss etdiyi zaman uşaqlar özünü göstərir, qorxduğu zaman deyil.

Canlı yayımda uşağın özünü rahat hiss etməsi və emosional rahatlığının qorunmasına çalışılmalıdır. Biz unutmamalıyıq ki, uşaqların inkişafının ən önəmli məqamı anlaşıldıqlarını hiss etdikləri zaman baş verir. Yanlarında müəllimlərinin, valideynlərinin olduqlarını hiss etdikləri zaman inkişafları daha gözəl olur”.

Oxşarxəbərlər

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək – Agentlik direktoru
Elm və təhsil

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək – Agentlik direktoru

19/09/2026 13:48
960
UNEC-də Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirilib
Elm və təhsil

UNEC-də Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirilib

19/09/2026 12:33
959
MÜTDA-dan bağça müəllimləri üçün mühüm açıqlama
Elm və təhsil

MÜTDA-dan bağça müəllimləri üçün mühüm açıqlama

19/09/2026 00:20
966
Tamştatlı müəllim seçimi: MÜTDA meyarları açıqladı
Elm və təhsil

Tamştatlı müəllim seçimi: MÜTDA meyarları açıqladı

18/09/2026 23:53
969
Bakıda məktəblərlə bağlı QƏRAR: Onlayn tədris başlayır
Elm və təhsil

Bakıda məktəblərlə bağlı QƏRAR: Onlayn tədris başlayır

18/09/2026 12:15
957
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Elm və təhsil

Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ

17/09/2026 18:34
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
952
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
959
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.