Bazar, Aprel 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ali Məhkəmə vacib sənəd yaydı: Canlı efirdə şəxsi məlumat yayanlar məsuliyyət daşıyacaq

09/02/2026 11:55
Gündəm
51 2
Ali Məhkəmə vacib sənəd yaydı: Canlı efirdə şəxsi məlumat yayanlar məsuliyyət daşıyacaq
67
Baxış sayı

Ali Məhkəmə şəxsi həyata hörmətsizliyin hüquqi nəticələrini müəyyən edib.

Bu barədə Gündəm24.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmə dekabrın 24-də “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı qəbul edib və məhkəmə təcrübəsinə bir sıra yeniliklər gətirib: “Belə ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürürdü, məlumatın həqiqi olduğu ortaya çıxdıqda isə iddialar təmin olunmurdu. Halbuki, şəxsin barəsində doğru məlumatların öz razılığı olmadan yayılması da qanun pozuntusudur.

Bu hal konstitusion səviyyədə qorunan şəxsi toxunulmazlıq hüququna müdaxilədir və bu hüququ pozulan hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola, həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini, belə məlumatların çıxarılmasını (ləğv edilməsi), ona dəymiş mənəvi zərərin ödənilməsini və s. tələb edə bilər”.

Şəxsi və ailə həyatına hörmət hüququ nədir?

Məhkəmədən bildirilib ki, şəxsi və ailə həyatına hörmət hüququ – şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından mühafizə olunmaq hüququdur. Şəxs öldükdə belə bu hüquq vərəsələri tərəfindən müdafiə oluna bilər:

Yayılma audio-videoyazı yolu ilə edilmişsə, onu yayan şəxslə yanaşı media subyekti birmənalı olaraq şəxsi və ailə həyatına hörmət hüququnun pozulması ilə bağlı məsuliyyət daşıyacaq

“Şəxs barəsində tibbi məlumatlar, maliyyə və əmlak vəziyyəti ilə bağlı məlumatlar, şəxsi yazışmaları, keçmişi ilə bağlı və digər şəxsi sirr təşkil edən məlumatlar, ünvanı, ailə vəziyyəti, boyu, yaşı, cinsi, ər-arvad arasındakı şəxsi münasibətləri (emosional, cinsi və s.), ailədaxili davranışlar, boşanma səbəbləri, uşaqların mənşəyi və sağlamlıq vəziyyətləri, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatların şəxsin öz razılığı və ya heç bir qanuni əsas olmadan toplanması, saxlanması, istifadəsi və yayılması, pis niyyətlə şəxsin özünə bildirilməsi qadağandır və mülki məsuliyyətə səbəb olur. Məqsədli şəkildə və aktiv hərəkətlərlə, heç bir qanuni əsas olmadan, özbaşına kiminsə barəsində məlumat toplamaq qadağandır.

Şəxsi və ailə sirri məlumatları aid olduğu şəxslərin razılığı olmadan yaymaq qadağandır. Xüsusilə televiziya və ya radio proqramlarında, sosial şəbəkələrdə və s. kütləvi üsullarla bildirilməsi yayılmanın kütləviliyi baxımından daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər. Yayılma audio-videoyazı yolu ilə edilmişsə, onu yayan şəxslə yanaşı media subyekti birmənalı olaraq şəxsi və ailə həyatına hörmət hüququnun pozulması ilə bağlı məsuliyyət daşıyacaq.

Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı halda, mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarda media subyektləri canlı efirə çıxacaq şəxsləri səsləndirdikləri məlumatlara və davranışlara görə insanların şəxsi və ailə həyatına hörmət hüququnun pozulması baxımından məsuliyyət daşıyacaqları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etməlidirlər, əks halda baş vermiş pozuntulara görə media orqanı özü də məsuliyyət daşıyacaq”.

Bundan başqa, Ali Məhkəmə yeni qərarla şəxsin mənzilinə, işçiyə ayrılmış xidməti otağa, rəflərinə, iş masasına, kompüterinə, şəxsin çantasına, cibinə onun razılığı, habelə müvafiq qanuni əsas olmadan daxil olmanı da şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirib. Bu hüquqların pozulması cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq, mülki məsuliyyətə səbəb olacaq:

“Şəxsi və ailə sirri təşkil edən məlumatları yaymış şəxslərlə bərabər bu məlumatın saxlanılmasına məsul olan şəxslər, qurumlar, idarə və müəssisələr, iş yerlərinin kadrlar sistemində mövcud olan işçilərə (digər əsasla xidmət göstərən şəxslərə) dair məlumatları və insan resurslarını idarə edən məsul şəxslər, işəgötürənlər, klinikalar, mobil operator şəbəkələri, banklar və vətəndaşlara xidmət göstərən digər müəssisələr, dövlət orqanları, sosial şəbəkə platformaları, hüquqi və fiziki şəxslər də məlumatların qanunazidd şəkildə kənar şəxslərə əlçatanlığını təmin edən şəxs kimi məsuliyyət daşıyacaqlar”.

Bəs hansı hallarda şəxsi və ailə sirri təşkil edən məlumatların yayılması qanunidir?

Ali Məhkəmə bu hallara da aydınlıq gətirib: “Belə məlumatların yayılmasına şəxsin öz razılığı varsa, mülki məsuliyyət yaranmır. Razılıq açıq şəkildə ifadə edilməli, qanuna və ya əxlaqa zidd olmamalıdır. Şəxs öz razılığını həm yazılı, həm də şifahi formada verə, yaxud davranışı ilə və ya susaraq göstərə bilər. Məsələn, şəxs sosial şəbəkədə onun barəsində razılığı alınmadan edilmiş paylaşımı bəyənib və altından pozitiv rəy yazıbsa, razılıq vermiş hesab olunur.

Bu zaman yayılma ictimai marağı aşmamalıdır. Məsələn, jurnalist yerli özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir. Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumat olsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatın yayılması pozuntu hesab edilə bilməz. Lakin, uşağın fiziki qüsurlu olması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqazidd müdaxilə hesab olunacaq, çünki, həmin şəxsin publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmir”.

Oxşarxəbərlər

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
58
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56
Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO
Gündəm

Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO

24/04/2026 10:33
56
Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO
Gündəm

Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO

24/04/2026 09:57
56
Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir
Gündəm

Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir

24/04/2026 07:46
58
TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO
Gündəm

TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO

23/04/2026 21:05
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Çoxmərtəbəli binalarda kombiyə icazə verilməyəcək

Çoxmərtəbəli binalarda kombiyə icazə verilməyəcək

25/04/2026 23:04
55
Röyanın keçmiş ərindən ilginc etiraf: 3 evliliyinin də uğursuz olmasının səbəbi…

Röyanın keçmiş ərindən ilginc etiraf: 3 evliliyinin də uğursuz olmasının səbəbi…

25/04/2026 22:13
55
SON DƏQİQƏ! Zaur Kamal efirə qayıdır – Özündən açıqlama

SON DƏQİQƏ! Zaur Kamal efirə qayıdır – Özündən açıqlama

25/04/2026 22:00
54
Daha bir tiktoker həbs olundu

Daha bir tiktoker həbs olundu

25/04/2026 21:44
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
76

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
67

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
77

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.