Şənbə, Aprel 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ankaranın adı çəkildi, razılıq Bakıya verildi – Əsgərlərimiz ora niyə getmir?

25/11/2025 14:32
Gündəm
50 1
Ankaranın adı çəkildi, razılıq Bakıya verildi – Əsgərlərimiz ora niyə getmir?
64
Baxış sayı

Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın qətnaməsini qəbul edib. Təhlükəsizlik Şurasında qətnamənin leyhinə 13 səs verilib, iki üzv bitərəf qalıb. Qətnamənin əleyhinə səs verən olmayıb.

Ümumilikdə, BMT Təhlükəsizlik Şurasının Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnaməni qəbul etməsi region üçün müsbət hadisədir. Qətnamənin bu qədər yüksək dəstəklə qəbul olunması göstərir ki, böyük dövlətlər Qəzza böhranının öz axarına buraxılmasının artıq mümkün olmadığını qəbul edir və beynəlxalq nəzarətdə keçid dövrünə razılaşırlar. Kağız üzərində baxdıqda, bu qətnamənin sabitlik üçün real təkan yaratması mümkündür. Çünki beynəlxalq mandatın olması həm humanitar yardımın təhlükəsizliyini, həm idarəetmə mexanizminin qurulmasını, həm də İsrailin hərbi aktivliyinin mərhələli şəkildə dəyişdirilməsini tənzimləyə bilər.

Aydın məsələdir ki, bu cür missiyaların effektivliyi yalnız diplomatik razılıqla ölçülmür. Qətnamənin uğuru bölgədəki aktorların reaksiyasından da asılı olacaq. Məsələn, İsrail təhlükəsizlik zəmanətlərinin reallığına inanmadan tam geri çəkilməyə razılıq verməz. Eyni zamanda əraziyə göndəriləcək beynəlxalq sülhməramlı qüvvələrin (ISF) hansı ölkələrdən ibarət olması da çox mühüm amildir.

Məsələn, missiyaya əsasən müsəlman, regionla əlaqələri olan və ABŞ-ın koordinatorluğu ilə danışıqlara qatılan ölkələrin daxil olması gözlənilir. İndoneziya, Azərbaycan və Pakistanın adı bir müddətdir ki, xüsusilə çəkilir. Bu üçlük siyasi baxımdan tərəflər arasında neytral mövqedə durur. Fransa kimi Qərb ölkələrinin isə daha kiçik, daha çox texniki təhlükəsizlik və koordinasiya heyəti göndərməsi ehtimal edilir.

Bəzi regional güclər – Türkiyə, BƏƏ və Qətərin danışıqlarda adları keçsə də, müxtəlif siyasi səbəblərə görə onlarla bağlı ya tərəddüd edilir, ya da iştirakları etirazla qarşılanır. Buna görə də ISF-in formalaşması ehtimal ki, “böyük qrup” deyil, məhdud sayda, daha çox əməliyyat baxımından uyumlu ölkələrdən ibarət olacaq. Yəni ümumiləşdirsək, əsas yükü müsəlman ölkələri daşıyacaq, Qərb isə logistika, koordinasiya və mandatın icrası üçün çərçivə dəstəyi verəcək.

Qəzza ilə bağlı prosesdə Azərbaycanın mövqeyi

Lakin bu da məsələnin tam bitdiyi mənasına gəlmir. Belə ki, Azərbaycanın adı hər nə qədər Qəzzaya əsgər göndərəcək ölkələr sırasında çəkilsə də, Bakı bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib. “İsrail Hayom” qəzeti məlumat yayıb ki, bir neçə həftə əvvəl Qəzzada Beynəlxalq Sabitlik Qüvvəsinə qoşulmağı nəzərdən keçirən Azərbaycan, Qəzzada əsgərlərinin həyatını təhlükəyə atmayacağını bildirib. “Azərbaycan rəsmiləri yalnız bərpa prosesləri və sakitliyin qorunması mərhələsində iştirak barədə müzakirə aparırlar, lakin hazırda tələb olunan HƏMAS-ın tərksilahı və zolağın demilitarizasiyası mərhələsinə qoşulmaq istəmirlər”, – məlumatda vurğulanıb.

Rəsmi məlumat olmasa da, Bakının hazırkı mərhələdə ağır hərbi əməliyyatlara və ya HƏMAS-ın tərksilahı kimi yüksək riskli tapşırıqlara qoşulmaq istəməməsi həm açıqdır, həm də başadüşüləndir. Daha dəqiq desək, rəsmi Bakı bunun əvəzində sabitlik mərhələsi, humanitar təhlükəsizlik və bərpa proseslərində iştirak imkanını açıq saxlayır. Bu yanaşma həm Azərbaycanın təhlükəsizlik prioritetlərinə, həm siyasi balansına, həm də regiondakı mövqelərinə uyğundur.

Azərbaycanın bu kimi məsələyə yanaşması adətən iki paralel məntiqə söykənir:

Birincisi, ölkəmiz heç vaxt öz hərbi personalını yüksək riskli, müxtəlif qrupların silahlı müqavimət göstərə biləcəyi zonaya daxil etməyə tələsmir. Düzdür, Azərbaycan sülhməramlı missiyalarda iştirak təcrübəsinə malikdir, (Kosovo, Əfqanıstan, Cənubi Sudan və s.) lakin bu missiyaların hamısında mandat tam formalaşmış və əməliyyat mühiti nisbətən stabil olmuşdu. Qəzza isə hələ də tam demilitarizasiya aparılmayıb, silahlı qruplar mövcuddur və mandatın özünün icrası da xüsusi risklər yaradır. Buna görə Bakı “bərpa mərhələsi”ndə iştirak ideyasını daha təhlükəsiz və daha real hesab edir.

İkincisi, Azərbaycanın İsrail–Fələstin kimi məsələlərdə özünəməxsus balans siyasəti var. Məsələn, İsraillə strateji tərəfdaşlıq açıq faktordur, amma eyni zamanda Azərbaycan müsəlman bir ölkə olaraq ərəb dünyası və İslam əməkdaşlıq çərçivələrində də münasibətlərini qorumağa çalışır. Buna görə hərbi kontingenti birbaşa HƏMAS-a qarşı hərəkət edən beynəlxalq qüvvəyə daxil etmək Bakını siyasi baxımdan çətin situasiyaya sala bilər. Humanitar–bərpa mərhələsi isə həm siyasi, həm də reputasiya baxımından daha uyğun çərçivədir.

Məsələyə İsrail prizmasından baxdıqda, Təl-əvivin Azərbaycanın sülhməramlı qüvvələrinin bölgədə yerləşməsini dəstəklədiyini görmək olar. Əslində, bu da təəccüblü deyil. İsrail üçün Azərbaycan təcrübəli, intizamlı və müttəfiq hesab edilən tərəfdaşdır. Bakı isə öz növbəsində İslam dünyasında neytral mövqeyi ilə seçilən bir aktordur. Bu da bölgəyə hərbi qüvvə göndərən zaman mümkün etirazları yumşalda bilər. Yəni İsrail üçün Azərbaycanın iştirakı həm əməliyyat baxımından faydalı, həm də diplomatik baxımdan əlverişlidir.

Subyektiv görüşüm isə belədir ki, Azərbaycan Qəzza ilə bağlı prosesə qoşulmaq üçün qapını tam bağlamayıb, amma hansı mərhələdə və nə kimi funksiyalarla qoşulacağını diqqətlə seçəcək. Yüksək riskli hərbi əməliyyatların bir hissəsi olmaq istəmədiyimiz dəqiqdir. Bərpa mərhələsində iştirak etmək Azərbaycanın beynəlxalq imicinə də, strateji maraqlarına da uyğun ola bilər. Bununla belə gələcək aylarda təhlükəsizlik vəziyyəti dəyişər və ISF-in mandatı daha aydın şəkildə oturarsa, o zaman Bakının rolu barədə daha konkret addımlar gözlənilə bilər.

Ankaranın adı çəkildi, razılıq Bakıya verildi - Əsgərlərimiz ora niyə getmir?
Turan Rzayev

Oxşarxəbərlər

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO
Gündəm

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO

16/04/2026 11:35
56
Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
Gündəm

Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi

16/04/2026 09:52
55
Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO
Gündəm

Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO

16/04/2026 09:47
65
Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
Gündəm

Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz

16/04/2026 08:04
56
Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Gündəm

Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…

15/04/2026 19:48
58
Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ
Gündəm

Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ

15/04/2026 18:46
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

18/04/2026 20:59
70
Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

18/04/2026 20:44
59
ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

18/04/2026 19:59
71
Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

18/04/2026 19:52
60

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.