Bazar ertəsi, Mart 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda bəzi oyunlar qadağan edilə bilər

22/01/2026 13:15
Gündəm
60 1
Azərbaycanda bəzi oyunlar qadağan edilə bilər
77
Baxış sayı

“Vacib məsələlərdən biri gənclərin zərərli vərdişlərdən qorunması ilə bağlıdır. Xüsusilə son illərdə yeniyetmə və gənclər arasında sürətlə yayılan, texnologiyanın gətirdiyi yeni risklər mövcuddur”.

Gündəm24.az xəbər verir ki, bunu deputat Vüqar İsgəndərov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında bildirib.

Deputat qeyd edib ki, bu risklərdən biri də təhlükəli kompüter oyunlarıdır: “Bu gün həmin mövzu ilə bağlı televiziya efirində müzakirə aparılması da problemin aktuallığını göstərir. Bu məsələ zahirən sakit görünsə də, əslində olduqca təhlükəlidir. Çünki uşaqlar və gənclər hazırda daha çox virtual mühitdə formalaşırlar, saatlarla kompüter və mobil cihazlar qarşısında vaxt keçirirlər. Dünyada məşhur olan, lakin bir çox ölkələrdə qadağan edilmiş oyunlar var ki, bu gün Azərbaycanda hələ də açıq şəkildə əlçatandır. Bu oyunların bəzilərində yaş məhdudiyyəti yoxdur, xüsusi ünsiyyət platformaları mövcuddur və azyaşlılar böyüklərlə birbaşa əlaqəyə girə bilirlər. Bundan əlavə, mərhələlərin pulla açılması, oyun daxilində manipulyativ mexanizmlər və təhlükəli davranış modelləri mövcuddur.

Araşdırmalar göstərir ki, regionlarda və Bakı şəhərində gənclər arasında aqressiya, zorakılıq və digər neqativ halların artması da təsadüfi deyil. Bu proseslərin psixoloji təsiri uşaqlıq və yeniyetməlik dövründə formalaşır.

Hesab edirəm ki, zərərli vərdişlər anlayışı təkcə narkomaniya və digər klassik problemlərlə məhdudlaşmamalı, texnologiyanın yaratdığı yeni risklər də bu çərçivədə nəzərə alınmalıdır. Bu təhlükələr sakit şəkildə, lakin çox sürətlə hər birimizin evinə və cibinə daxil olur və əsas risk qrupunu uşaq, yeniyetmə və gənclər təşkil edir.

Bu baxımdan düşünürəm ki, komitəmiz gələcəkdə qanunvericilik təşəbbüslərində, sosial proqramların hazırlanmasında və ictimai tədbirlərdə bu məsələlərlə bağlı öz tövsiyə və təkliflərini verə bilər, aidiyyəti qurumlarla əməkdaşlıq edərək bu sahədə töhfə göstərə bilər”.

Oxşarxəbərlər

İranın “görünməz” rəhbərinin ilk müraciəti – VİDEO
Gündəm

İranın “görünməz” rəhbərinin ilk müraciəti – VİDEO

13/03/2026 20:15
54
Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM DETALLAR – Ankara və İrəvan təcili HƏRƏKƏTƏ KEÇDİ
Gündəm

Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM DETALLAR – Ankara və İrəvan təcili HƏRƏKƏTƏ KEÇDİ

13/03/2026 15:16
59
Sərhədlərin toxunulmazlığı etibarlı şəkildə təmin olunur- Əli Əsədov
Gündəm

Sərhədlərin toxunulmazlığı etibarlı şəkildə təmin olunur- Əli Əsədov

13/03/2026 11:23
55
Bu əraziləri təcili TƏRK EDİN- XƏBƏRDARLIQ
Gündəm

Bu əraziləri təcili TƏRK EDİN- XƏBƏRDARLIQ

13/03/2026 09:16
78
Leyla Əliyeva yeni şeirini təqdim etdi – FOTO
Gündəm

Leyla Əliyeva yeni şeirini təqdim etdi – FOTO

12/03/2026 14:20
56
Ermənistanda ev alan azərbaycanlılar… – Rəsmi
Gündəm

Ermənistanda ev alan azərbaycanlılar… – Rəsmi

12/03/2026 11:58
76

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” – Video

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” – Video

15/03/2026 23:00
55
Bu çaydan boya çıxdı – ALMAYIN- FOTO

Bu çaydan boya çıxdı – ALMAYIN- FOTO

15/03/2026 22:11
53
4 uşaq anası olan müəllimə faciəvi şəkildə həyatını itirdi

4 uşaq anası olan müəllimə faciəvi şəkildə həyatını itirdi

15/03/2026 20:02
56
Bu seriallar yayımlanmayacaq

Bu seriallar yayımlanmayacaq

15/03/2026 20:01
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
70

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
82

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In