“Azərbaycan Nəşriyyatı” MMC öz fəaliyyəti davam etdirəcək.
Gündəm24.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq nəşriyyatdan bildirilib.
“Söhbət yalnız 9 mərtəbəli korpusun istismarının dayandırılmasından gedir, nəşriyyat isə işləyəcək”.
11:50
“Azərbaycan Nəşriyyatı” MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.
Gündəm24.az-ın xəbərinə görə, MMC-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.
Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.
Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.
Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:
“Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib”.
Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.














