Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

23/02/2026 21:38
Gündəm
841 8
Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA
703
Paylaşım sayı
976
Baxış sayı

AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə başlanan proseslər regionda yeni və çoxqatlı geosiyasi dinamika formalaşdırdı. Hadisə ilkin mərhələdə texniki və ya hərbi insident kimi qiymətləndirilsə də, qısa müddətdə siyasi, informasiya və təhlükəsizlik ölçüləri ilə genişlənərək daha sistemli qarşıdurma müstəvisinə keçdi. Proseslərin inkişaf trayektoriyası göstərir ki, məsələ lokal epizod çərçivəsini aşaraq daha geniş strateji rəqabət kontekstinə inteqrasiya olunub.

Gündəm24.az  APA-ya istinadla bildirir ki, Azərbaycanın təyyarənin vurulmasında günahı olan şəxslərin cəzalandırmasını qətiyyətlə tələb etməsi, suveren hüquqları çərçivəsində atdığı addımlar, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən “Rus Evi” ilə bağlı qərarlar Moskvanın reaksiyasını sərtləşdirdi. Bu mərhələdən etibarən münasibətlər klassik diplomatik polemika çərçivəsindən çıxaraq informasiya, siyasi psixoloji və kiber komponentlərin paralel tətbiq olunduğu hibrid təsir modelinə yaxınlaşdı.

2025 10 02 21 33 42Lt2afo15sEsDx1siWrdx file 7

Gərginliyin mərhələli eskalasiyası

Birinci mərhələdə informasiya müstəvisində intensiv aktivlik müşahidə olunub. Rusiya dövlətinə bağlı media resurslarında, siyasi tok-şoularda və ekspert platformalarında Azərbaycan əleyhinə ittiham xarakterli və manipulyativ tezislər sistemli şəkildə tirajlanıb. Diskursun tonu emosional və ittihamedici çərçivəyə keçirilib, rəsmi Bakının addımları kontekstdən çıxarılaraq təqdim olunub.

İkinci mərhələdə ritorika institusional səviyyəyə daşınıb. Dövlət Dumasının bəzi üzvləri tərəfindən açıq hədələyici bəyanatlar səsləndirilib, Azərbaycan rəhbərliyi barədə etik çərçivədən kənar ifadələr işlədilib, suverenlik və ərazi bütövlüyü ilə bağlı üstüörtülü mesajlar verilib. Bu mərhələ artıq diplomatik narazılıq deyil, siyasi psixoloji təzyiq mexanizmi kimi xarakterizə oluna bilər. Məqsəd informasiya məkanında legitimlik balansını dəyişmək və ictimai rəyə təsir göstərmək olub.

Kiberkomponent və sinxron təsir modeli

İnformasiya hücumları ilə paralel olaraq kiber müstəvidə də aktivlik qeydə alınıb. Dövlət qurumlarına və media resurslarına yönəlmiş müdaxilə cəhdləri təhlükəsizlik risklərinin artdığını göstərib. Zamanlama faktorunun üst-üstə düşməsi informasiya kampaniyası ilə kiber aktivliyin koordinasiyalı strategiyanın elementləri ola biləcəyini ehtimal etməyə əsas verir.

Hibrid təsir modelində informasiya və kiber komponentlərin sinxron tətbiqi qarşı tərəfdə həm psixoloji, həm də texnoloji təzyiq mühiti yaradır. Məqsəd reputasiya zərbəsi ilə yanaşı, dövlət institutlarının dayanıqlılığını sınağa çəkmək və ictimai etimadı zəiflətməkdir.

Vaşinqton təxribatı

Rusiyanın Azərbaycan əleyhinə növbəti addımı Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə “Sülh Şuras”ının ilk iclasında iştirak etmək üçün Vaşinqtona səfəri zamanı ortaya çıxdı.

Rusiya xüsusi xidmət orqanları okeanın o tayında yerləşdirdiyi agentləri vasitəsi ilə Azərbaycan Prezidentinin qaldığı hotelin qarşısında etiraz aksiyası təşkil edərək, növbəti təxribata əl atdı.

Qeyd edək ki, bu il fevralın 19-da Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib, Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıb.

Hadisə zamanı Prezidentin təhlükəsizlik xidməti ABŞ polisi ilə birlikdə operativ müdaxilə nəticəsində vəziyyəti nəzarət altına alıb, radikalları ərazidən uzaqlaşdırıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə anti-milli ünsürlərin açıq şəkildə nalayiq ifadələr işlətdiyi, radikal hərəkətlərə yol verdiyi aydın görünür.

Zahirdə lokal siyasi etiraz təsiri bağışlayan bu hadisə iştirakçıların keçmiş əlaqələri və miqrasiya trayektoriyası fonunda daha geniş təhlükəsizlik kontekstində qiymətləndirilməlidir.

Toplanmış məlumatların təhlili göstərir ki, aksiyada iştirak edən şəxslərin əhəmiyyətli hissəsi Rusiya Federasiyası ilə sıx əlaqələrə malik olub, bəziləri bu ölkənin vətəndaşıdır, bəziləri uzun müddət orada yaşayıb və ya oraya intensiv səfərlər həyata keçirib, daha sonra isə ABŞ-a köçüb. Bu ardıcıllıq təsadüfi miqrasiya məsələsi olmaqla yanaşı, koordinasiyalı plan ehtimalını da gündəmə gətirir.

Təxribatçıları Rusiyaya nə bağlayır?

Məlum olub ki, aksiyada radikal hərəkətləri ilə diqqət çəkən 02.08.1990-cı il təvəllüdlü Əmrahlı Adil Vüqar oğlu Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycanda olarkən tez-tez Rusiyaya səfərlər edib. Uzun müddət Rusiyanın Novqorod şəhərində yaşayıb. Sonuncu dəfə 15.10.2022-ci il tarixdə Rusiya Federasiyasına məxsus pasportla Almaniyaya gedib. Hazırda ABŞ-da yaşayır. Milliyyəti barədə məlumat olmayan Tatyana Viktorovna adlı qadınla evli olduğuna dair məlumatlar var.

1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 16

Adil Əmrahlının atası Vüqar Əmrahov da Rusiya vətəndaşıdır. 19.07.2023-cü il tarixdə Azərbaycandan Rusiyaya gedib, 25.09.2023-cü il tarixdə Azərbaycana gəlib.

Vüqar Əmrahovun 26 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var.

Aksiyanın ən fəallarından olan 06.04.1998-ci il təvəllüdlü Yaqublu Rəhim Tofiq oğlu Müsavat partiyasının üzvüdür.

Tofiq Yaqublunun oğlu olan Rəhim Yaqublu sonuncu dəfə 20.03.2022-ci il tarixdə Azərbaycanı tərk edərək, Türkiyəyə gedib. Hazırda ABŞ-da yaşayır.

1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 17

Rəhim Yaqublu Azərbaycanda olduğu müddətdə dəfələrlə Rusiya Federasiyasına gedib qayıdıb. 12.07.2018-ci il tarixdə Rusiyaya gedib, 13.08.2018-ci il tarixdə ölkəyə qayıdıb. Onun 8 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var.

Radikal aksiyanın daha bir iştirakçısı, 30.04.1972-ci il təvəllüdlü Abbasov Bəxtiyar Əlövsət oğlu da Rusiya Federasiyasının vətəndaşıdır. Ölkədə olarkən tez-tez Rusiyaya səfərlər edib. Onun təxminən 16 dəfə Rusiyaya gedib-gəldiyi məlumdur.

Sonuncu dəfə 12.05.2015-ci il tarixdə Rusiya Federasiyasına məxsus pasportla Azərbaycandan Rusiyaya gedib, uzun müddət orada yaşayıb. AXCP üzvü olub.

1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 18

Məlumatlara görə, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Rusiyadan AXCP-yə qanunsuz maliyyə vəsaitləri göndərən Saleh Rüstəmovun yaxını olub, uzun müddət pul toplanılmasında onunla birgə iştirak edib. Saleh Rüstəmovun həbsindən sonra elə agentlik etdiyi xüsusi xidmət orqanlarının təlimatına əsasən maskalanıb, Amerikaya göndərilərək orada yerləşdirilib, hazırda ABŞ-da yaşayır.

O, həmçinin, Fransada yaşayan AXCP üzvü Qənimət Zayıdov və AND təşkilatının Danimarkada yaşayan həmsədri Güllü Cahangirovanın təşkilatçılığı ilə 15.12.2021-ci il tarixdə Bakının Fəvvarələr Meydanında Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilmiş qanunsuz aksiyada cərimə edilmiş müxalif şəxslərə yardım məqsədilə başladılan ianə kampaniyası çərçivəsində pul göndərən şəxslərdəndir.

Aksiyanın daha bir iştirakçısı, 10.10.1995-ci il təvəllüdlü İsayev Xilas Osman oğlu da AXCP üzvüdür.

1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 19

Sonuncu dəfə 27.03.2024-cü il tarixdə Azərbaycandan Türkiyə gedib. Hazırda ABŞ-da yaşayır.

03.06.1988-ci il təvəllüdlü Cəfər Kənan Həmid oğlu isə 10.11.2015-ci il tarixdə Azərbaycandan Rusiyaya gedib. 17.11.2015-ci il tarixdə ölkəyə qayıdıb.

1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 20

Sonuncu dəfə 08.04.2017-ci il tarixdə Azərbaycanı tərk edərək Qətərə gedib. Hazırda ABŞ-da yaşayır.

Aksiyanın digər iştirakçısı 28.08.1981-ci il təvəllüdlü Ələkbərli Tural Rza oğlu da Azərbaycanda yaşayan vaxt dəfələrlə Rusiyaya səfər edib. Onun 54 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var.

Sonuncu dəfə 16.10.2018-ci il tarixdə Azərbaycanı tərk edərək, Rusiyaya gedib. Hazırda ABŞ-da yaşayır.

1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 21

Onun qardaşı Ələkbərov Ələkbər Rza oğlu da hazırda ABŞ-da yaşayır. Müxalifyönlüdür.

31.12.2024-cü il tarixdə ABŞ-da müxalif şəxslər – Natiq Ədilov, Mehman Hüseynov,

Murad (Moni) Quliyev və digərləri ilə birlikdə yeni il münasibəti ilə keçirilən yığıncaqda, həmçinin 12.04.2025-ci il tarixdə ABŞ-ın Vaşinqton şəhərində Azərbaycan səfirliyinin qarşısında “Tofiq Yaqubluya azadlıq!” şüarı ilə keçirilmiş aksiyada iştirak edib.

Rusiyanın Azərbaycan əleyhinə planlarına alət olanlar

Göründüyü kimi, Azərbaycana və onun rəhbərinə qarşı planlaşdırılan təxribat aksiyasının iştirakçılarının Rusiya ilə sıx əlaqələri mövcuddur. Moskva uzaq ABŞ-da da öz agentlərini yerləşdirərək, onlardan öz məqsədləri üçün istifadə edir.

Vaşinqtondakı təxribat zamanı diqqətçəkən bir məqam da orta çıxıb. Məlumatlara görə, radikal qrup üzvlərinin bəziləri bir-birini yaxından tanımır. Aksiyadan yayılmış bəzi görüntülərdə də təxribatçı şəxslərin öncədən bir-birini yaxından tanımadığı görünür. Burda təəccüblü bir şey yoxdur. Klassik agentura qaydasına görə, kəşfiyyat və agentura fəaliyyətində geniş tətbiq edilən üsullardan biri agentlərin bir-birini tanımaması prinsipidir. Bu model şəbəkənin ifşa riskini azaltmağa və koordinasiyanın mərkəzləşdirilmiş qaydada aparılmasına imkan verir.

Nəticə etibarilə, AzAL insidenti ilə başlayan proseslər informasiya, siyasi ritorika, kiber müdaxilə və xarici platformalarda təşkil olunan aksiyalarla müşayiət olunan çoxsəviyyəli təzyiq modelinə çevrilib. Hadisələrin bu konfiqurasiyası regionda davam edən strateji rəqabətin yeni fazaya keçdiyini göstərir və mövcud dinamikanın yalnız siyasi deyil, həm də təhlükəsizlik prizmasından sistemli təhlilini zəruri edir. Bu kontekstdə Rusiyanın Azərbaycana qarşı apardığı siyasət, atdığı addımlar Moskvanın bəd niyyətlərindən xəbər verir. Ən ağrılı olanı isə bəzi soydaşlarımızın Rusiyanın əlində alətə çevrilməsi, onlardan agent kimi istifadə olunmasıdır.

Oxşarxəbərlər

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl
Gündəm

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958
5 yaşlı uşağı olanların nəzərinə
Gündəm

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
973
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI
Gündəm

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
965
Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia
Gündəm

Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia

21/09/2026 16:04
982
Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB
Gündəm

Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB

21/09/2026 14:35
969
Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU
Gündəm

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

21/09/2026 14:20
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.