Çərşənbə axşamı, Fevral 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda süni intellektə vəzifə verildi – FOTO

14/01/2026 15:29
Gündəm
60 1
Azərbaycanda süni intellektə vəzifə verildi – FOTO
77
Baxış sayı

2025-ci ildə Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik qeydə alınıb. Belə ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib. Partiyadan verilən açıqlamaya görə, bu təşəbbüs idarəetmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır.

Bu yeniliyin partiyaya qatdıqları, süni intellekt əsaslı qadın modelin hansı işləri gördüyü, partiyanın qərarverməsinə nə qədər töhfə verdiyi maraq doğuran məsələlərdir.

Gündəm24.az xəbər verir ki, Modern.az bu suallara cavab tapmaq üçün Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ilə əlaqə saxlayıb. Partiya sədri tətbiq edilən modelin iş prinsipindən danışıb:

“Biz bu modeli “nə edir?” sualı ilə yox, daha çox “nə etmir?” sualı ilə izah etməyi üstün tuturuq. Çünki cəmiyyətdə süni intellektlə bağlı ən böyük narahatlıq-onun insanı və siyasi iradəni əvəz etməsi qorxusudur. Bizim yanaşmamız tam əksinədir. Hazırda bu süni intellekt düşünmür, qərar vermir, hökm çıxarmır. O, sadəcə olaraq partiyaya daxil olan böyük həcmdə informasiyanı-vətəndaş müraciətlərini, sosial narahatlıqları, ictimai gözləntiləri-sakit, emosiyasız və sistemli şəkildə bir araya gətirir.

A.İ.Bakuvi bu modelin üstünlüyünü isə belə təsvir edib:

“Əvvəllər siyasi qərarlar çox vaxt hisslərə, fraqmentar məlumatlara, ayrı-ayrı səslərə söykənirdi. Bu sistem isə bizə bütün mənzərəni eyni anda göstərir: cəmiyyət nəyi deyir, nə barədə susur, harada risk, boşluq var, harada isə fürsət. Yəni o, siyasi iradəyə toxunmur, amma siyasi məsuliyyəti tam anladır.

Amma bir şeyi xüsusi vurğulamaq istəyirəm: süni intellekt nə səs verir, nə qərar qəbul edir, nə də kiminsə yerinə məsuliyyət daşıyır. O, sadəcə rəhbərliyə bütün məlumatları çatdırır və biz artıq hansısa məsələ haqqında qərar verərkən ‘bunu bilmirdik’ deməyimiz mümkün olmur.

Partiya sədri yeni tətbiq etdikləri modelin hər hansı texniki və ya funksional problemlərə səbəb olub-olmadığı barədə məsələyə də aydınlıq gətirib:

“Tam səmimi və bütün məsuliyyətimlə deyirəm ki, kritik texniki və ya funksional problem yaşanmır. Bunun əsas səbəbi isə layihəyə tələsik deyil, mərhələli və tam nəzarət altında yanaşmağımızdır.

Hazırkı mərhələdə model qapalı test mühitində, məhdud funksiyalarla işləyir. Proqram real qərar proseslərinə qoşulmur, açıq şəbəkələrə çıxışı məhduddur və yalnız əvvəlcədən təsdiqlənmiş məlumatlarla işləyir. Bu da həm texniki riskləri, həm də yanlış istifadəni minimuma endirir.

Əlbəttə, istənilən yeni texnologiyada olduğu kimi, incə tənzimləmə tələb edən texniki məqamlar mövcuddur-terminoloji dəqiqlik, dil balansı və kontekstin düzgün qorunması kimi. Lakin bunlar problem xarakteri daşımır, normal test prosesinin tərkib hissəsidir və hər biri insan nəzarəti altında operativ şəkildə aradan qaldırılır.

Bizim üçün əsas prinsip budur: süni intellekt bir icra aləti kimi fəaliyyət göstərir, lakin son qərar və tam nəzarət həmişə insandadır. Məhz buna görə də bu sistem nə texniki, nə də funksional baxımdan partiya üçün hər hansı risk mənbəyi hesab edilə bilməz”.

Bəs, Süni intellekt hansı proqram üzrə işləyir?

Adəm İsmayıl Bakuvi suala cavabında bunları deyib: “Süni intellekt sistemi Azərbaycanda yerləşən, qapalı və mühafizə olunan server mühitində fəaliyyət göstərir və açıq mənbəli böyük dil modelləri əsasında qurulub. Sistem hər hansı xarici, kommersiya və ya açıq platformaya bağlı deyil, daimi internet bağlantısı mövcud deyil və yalnız partiyanın rəsmi, əvvəlcədən təsdiqlənmiş məlumat bazası ilə işləyir.

Bu yanaşma texniki təhlükəsizliyi, eləcə də siyasi və hüquqi nəzarəti tam şəkildə təmin edir. Yəni burada söhbət “hazır proqram”dan deyil, Azərbaycanda lokallaşdırılmış, institusional və tam nəzarət olunan kompleks texnoloji həllərdən gedir. Onu da bildirim ki, süni zəkadan istifadə bizim heç də yeganə yeniliyimiz deyil”.

Azərbaycanda süni intellektə vəzifə verildi - FOTO

Adəm İsmayıl Bakuvi

 

Oxşarxəbərlər

Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA
Gündəm

Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

23/02/2026 21:38
52
Naxçıvanda İTS sədri vəzifəsindən azad edildi
Gündəm

Naxçıvanda İTS sədri vəzifəsindən azad edildi

23/02/2026 15:33
54
Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
Gündəm

Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı

23/02/2026 13:17
56
Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir – VİDEO
Gündəm

Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir – VİDEO

23/02/2026 13:04
56
Prezident fərmanı: minimum əməkhaqqı barədə mühüm qərar
Gündəm

Prezident fərmanı: minimum əməkhaqqı barədə mühüm qərar

23/02/2026 12:35
56
“Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi – FOTOLAR
Gündəm

“Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi – FOTOLAR

23/02/2026 12:20
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Alim Qasımov Bakıda zavod açdı – Karton istehsal edəcək

Alim Qasımov Bakıda zavod açdı – Karton istehsal edəcək

23/02/2026 21:52
55
Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

23/02/2026 21:38
52
Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır

Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır

23/02/2026 20:52
52
Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini blokladı

Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini blokladı

23/02/2026 20:17
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

23/02/2026 09:40
54

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

23/02/2026 09:27
53

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

23/02/2026 09:20
55

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

23/02/2026 07:16
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.