Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Baş Prokurorluqdan əhaliyə çağırış

30/01/2026 16:55
Gündəm
801 42
Baş Prokurorluqdan əhaliyə çağırış
698
Paylaşım sayı
969
Baxış sayı

Baş Prokurorluq təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyi ilə bağlı əhaliyə çağırış edib.

Gündəm24.az xəbər verir ki, müraciətdə təbii qazın məişətdə rahatlığı təmin etsə də, ondan düzgün istifadə edilmədikdə partlayış, yanğın və zəhərlənmə halları ilə nəticələnə bildiyi vurğulanıb.

Bildirilib ki, bu cür hadisələrin qarşısının alınması hər bir vətəndaşın məsuliyyətidir:

– Mənzilə daxil olarkən qaz sızmasının olub-olmadığı dəqiqləşdirilmədən açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. Qaz sızması zamanı işığı yandırmaq və ya söndürmək qığılcım yarada bilər və təhlükəlidir. Qaz cihazlarından istifadə etməzdən əvvəl otağın havasını mütləq dəyişin, yalnız qaz iyi olmadığına əmin olduqdan sonra cihazları işə salın. Qaz cihazlarını yandırarkən əvvəl kibriti və ya alışqanı yandırın, daha sonra qaz kranını açın;

– Qaz cihazlarını nəzarətsiz qoymayın. Azyaşlıların, sağlamlıq imkanları məhdud şəxslərin, habelə istifadə qaydalarını bilməyən şəxslərin bu cihazlardan istifadəsinə yol verməyin;

– Qaz iyi hiss etdikdə dərhal bütün qaz kranlarını bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın və işlək vəziyyətdə olanları ayırmayın, işığı yandırıb-söndürməyin. Mənzilin havasını dəyişdirin və 104 nömrəli qaz qəza dispetçer xidmətinə müraciət edin;

– Uzun müddətə evi və ya mənzili tərk etdikdə, eləcə də gecə yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın;

– Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101 və ya 112 nömrələri ilə FHN-in Yanğından Mühafizə Xidmətinə, 104 nömrəsi ilə isə qaz qəza dispetçer xidmətinə məlumat verin;

– Mənzildə mövcud olan tüstü bacalarının ildə ən azı bir dəfə, xüsusilə qış mövsümündən əvvəl təmizlənməsini təmin edin.

Qaz cihazlarından istifadə zamanı qadağandır:

– Qaz cihazları üzərində paltar və digər tez alışan əşyaların qurudulması;

– Qaz cihazlarının yerləşdiyi otaqlarda tez alışan maddələrin və materialların (o cümlədən kimyəvi tərkibli təmizləyici vasitələrin) saxlanılması.

“Unutmayın ki, bir anlıq diqqətsizlik partlayışa və ya yanğına səbəb ola bilər. Təbii qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və ətrafınızdakıların həyatını yarana biləcək təhlükələrdən qorumuş olursunuz”, – çağırışda qeyd olunub.

Oxşarxəbərlər

Emin Əmrullayev “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib – FOTO
Gündəm

Emin Əmrullayev “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib – FOTO

22/09/2026 18:05
952
Hökumət Evində yerləşən dövlət qurumları ilə bağlı qərar
Gündəm

Hökumət Evində yerləşən dövlət qurumları ilə bağlı qərar

22/09/2026 17:08
964
Ermənilər Qarabağda buranı döyüş mövqeyi kimi istifadə edibmiş
Gündəm

Ermənilər Qarabağda buranı döyüş mövqeyi kimi istifadə edibmiş

22/09/2026 16:17
954
İki qəhrəman bir fotoda – Aprel şəhidi Polad Həşimovla birlikdə…
Gündəm

İki qəhrəman bir fotoda – Aprel şəhidi Polad Həşimovla birlikdə…

22/09/2026 14:36
964
Bakıda müşahidə olunan qəribə havanın səbəbi bu imiş
Gündəm

Bakıda müşahidə olunan qəribə havanın səbəbi bu imiş

22/09/2026 11:37
958
PUA təhlükəsi: Azərbaycana uçan təyyarələr havaya qalxa bilmədi
Gündəm

PUA təhlükəsi: Azərbaycana uçan təyyarələr havaya qalxa bilmədi

22/09/2026 11:33
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda bu müğənniyə efir qadağası qoyuldu — SƏBƏB

Azərbaycanda bu müğənniyə efir qadağası qoyuldu — SƏBƏB

22/09/2026 18:28
967
Cəlilabadda bədbəxt hadisə baş verib

Cəlilabadda bədbəxt hadisə baş verib

22/09/2026 18:11
953
Emin Əmrullayev “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib – FOTO

Emin Əmrullayev “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib – FOTO

22/09/2026 18:05
952
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

22/09/2026 17:43
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
965

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In