Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olundu

24/09/2026 15:27
Gündəm
801 33
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olundu
690
Paylaşım sayı
959
Baxış sayı

2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq ölkə Prezidentinə təqdim olunub.

Gündəm24.az   xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.

“Son dövrdə Prezidentin qəbul etdiyi yeni dövlət proqramları ilə bağlı olaraq Strategiya üzərində son tamamlanma işləri aparılır və yaxın aylarda təsdiq olunacağı gözlənilir”, – deyə o qeyd edib.

Bundan başqa, hökumət başçısı deyib ki, Strategiyanın qəbul olunduğu 2022-ci ildən 2026-cı ilin gözlənilən artım templəri nəzərə alınmaqla qeyri-neft-qaz sektorunun orta illik artım tempinin 5,1 % olacağı gözlənilir.

“Qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuş və əsas makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Ümumilikdə, neft-qaz sektoru üzrə hasilatın və artım tempinin azalması şəraitində iqtisadi artım təmin olunmuşdur. 2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1,2 % artıb, o cümlədən, qeyri neft-qaz ÜDM-nin real artımı 2,1 %, neft-qaz ÜDM-də isə 0,8 % azalma olub. Əsas kapitala yönəldilmiş investisiyalar 10 % artıb.

Cari ilin ilk 8 ayında cənab Prezidentin müvafiq Fərman və Sərəncamları ilə kreditlər üzrə faiz subsidiyası mexanizminin ölkə üzrə tətbiqinə başlanılması və büdcədən əlavə vəsaitin ayrılması, nəqliyyat-logistika subsidiyasının verilməsi, bəzi ixrac xərclərinin kompensasiya edilməsi və digər istiqamətlərdə iqtisadi aktivliyə dəstək tədbirləri həyata keçirilib. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard ABŞ dolları təşkil edir. Bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi 1 sentyabr tarixinə 4,5 milyard ABŞ dolları olmaqla proqnoz ÜDM-in 5,6 %-ni təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 milyard ABŞ dollarından çox olub. 2026-cı ilin 8 ayında illik inflyasiya 5,7 % olub. Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3 %-ə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır”, – deyə Ə.Əsədov qeyd edib.

Oxşarxəbərlər

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edilib
Gündəm

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edilib

24/09/2026 16:01
961
Leyla Əliyeva XIX əsrə aid milli geyimdə – FOTO
Gündəm

Leyla Əliyeva XIX əsrə aid milli geyimdə – FOTO

23/09/2026 23:48
958
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla – FOTOLAR
Gündəm

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla – FOTOLAR

23/09/2026 23:14
956
“Pashapay” 50 min manat CƏRİMƏLƏNDİ
Gündəm

“Pashapay” 50 min manat CƏRİMƏLƏNDİ

23/09/2026 20:08
958
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz – VİDEO
Gündəm

3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz – VİDEO

23/09/2026 17:01
956
AYNA tıxaca görə günahı onlarda görür – CAVAB
Gündəm

AYNA tıxaca görə günahı onlarda görür – CAVAB

23/09/2026 15:07
960

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezident məktəblərlə bağlı FƏRMAN İMZALADI

Prezident məktəblərlə bağlı FƏRMAN İMZALADI

24/09/2026 16:50
956
“Həmin müğənnilər tənqidi özləri qazanırlar”

“Həmin müğənnilər tənqidi özləri qazanırlar”

24/09/2026 16:47
951
Ailəsinə dayaq olan Mirpaşadan geriyə bu görüntülər qaldı…

Ailəsinə dayaq olan Mirpaşadan geriyə bu görüntülər qaldı…

24/09/2026 16:34
952
Prezident icra başçısını vəzifəsindən azad etdi

Prezident icra başçısını vəzifəsindən azad etdi

24/09/2026 16:32
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

24/09/2026 08:27
961

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
964

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.