Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

AYNA tıxaca görə günahı onlarda görür – CAVAB

23/09/2026 15:07
Gündəm
806 34
AYNA tıxaca görə günahı onlarda görür – CAVAB
695
Paylaşım sayı
965
Baxış sayı

Bakıda son günlər nəqliyyat sahəsində yaranan vəziyyət sürücülər və sərnişinlər üçün ciddi narahatlıq yaradıb. Formula 1 yarışları ilə əlaqəli olmayan küçələrdə də uzunmüddətli tıxaclar müşahidə olunur, bəzi istiqamətlərdə isə avtobus çatışmazlığı sərnişinlərin gözləmə müddətini artırır.

Hətta avtobus qıtlığının yaratdığı problemi azaltmaq məqsədilə “M” xətti üzrə avtobusların bütün metro stansiyalarında dayanması ilə bağlı tapşırıq verildiyi bildirilir. Şəhərdə nəqliyyat xaosunun səbəbləri və problemin aradan qaldırılması üçün AYNA-nın hansı tədbirləri gördüyü sual doğurur.

Deputat Arzuxan Əlizadə isə yaranmış vəziyyətə görə qurumların üzr istəməli olduğunu bildirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə Cebheinfo.az-a bildirib ki, Bakıda ilk dəfə olaraq rekord sayda, 2 530 avtobus marşrut xətlərinə cəlb edilib: “Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində 8 ekspress təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib. Bu, son illərin ən yüksək göstəricisidir. Avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər aparılacaq. Avtobusların artırılması davam etdirilir. Marşrutlar üzrə avtobusların sayı tələbata əsasən tənzimlənir. Lakin avtobusların keçdiyi küçə və prospektlərdə, xüsusən avtobus zolağının olmadığı ərazilərdə müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervalın pozulmasına gətirib çıxarır”.

O qeyd edib ki, tıxacın səbəbi ondan soruşulmamalıdır: “Sualı aidiyyəti qurumlara ünvanlayın. Hazırda üzərimizə düşən hissəni cavabladım”.

Bəs söhbət hansı aidiyyəti qurumlardan gedir? AYNA məsuliyyəti niyə digər strukturların üzərinə qoyur?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a bildirib ki, məsələyə ilk növbədə hüquqi müstəvidə, idarəetmə prinsipləri və vətəndaş hüquqlarının təmin olunması prizmasından baxılmalıdır:

“Dövlət tərəfindən ictimai nəqliyyat xidmətinin təşkili üzrə müəyyən edilmiş normativlər və standartlar mövcuddur. Sərnişinlərin təhlükəsiz, vaxtında, rahat və proqnozlaşdırıla bilən şəkildə daşınmasını təmin etmək tənzimləyici qurumların üzərinə düşən birbaşa və ayrılmaz inzibati vəzifədir”.

Natiq Ələsgərov vurğulayıb ki, AYNA və digər aidiyyəti idarələrin məsuliyyəti bir-birinin üzərinə atması, “sualları aidiyyəti qurumlara ünvanlayın” şəklindəki bəyanatlar hüquqi baxımdan əsaslandırılmış yanaşma sayıla bilməz: “Çünki inzibati qanunvericiliyə və dövlət idarəçiliyi prinsiplərinə əsasən, vətəndaş qarşısında xidmətin son nəticəsinə görə birbaşa cavabdehlik mövcuddur. İctimai nəqliyyatdan istifadə edən şəxs tənzimləyici mexanizmin daxili bölgüsündən, qurumlararası idarəetmə mürəkkəbliyindən asılı olmayaraq, ödədiyi haqqın və ya dövlətin təmin etməli olduğu sosial xidmətin keyfiyyətli, təhlükəsiz və maneəsiz həyata keçirilməsini tələb etmək hüququna malikdir. Dövlət idarəçiliyində məsuliyyətin parçalanması vətəndaşın pozulmuş rahatlıq hüququna bəhanə ola bilməz”.

Natiq Ələsgərov əlavə edib ki, avtobusların xəttə buraxılması, xüsusi zolaqların təşkil edilməsi və ya hərəkət sxemlərinin dəyişdirilməsi kimi addımlar yalnız formal xarakter daşımamalı, onların praktiki effektivliyi tənzimlənməlidir: “Əgər tətbiq edilən avtobus zolaqları digər nəqliyyat vasitələri tərəfindən zəbt olunursa, bu hallar nəzarətsiz qalırsa və ictimai nəqliyyatın hərəkətinə mane olursa, burada həm nəzarət mexanizminin zəifliyi, həm də hüquqi tənzimləmənin lazımi səviyyədə icra olunmaması amili var. Rəsmi statistikada göstərilən avtobus sayının artımı yollarda real hərəkət sürətinə və gözləmə intervallarına müsbət təsir etmirsə, atılan addımlar hüquqi və inzibati baxımdan tamamlanmamış hesab olunur”.

Hüquqşünasın  sözlərinə görə, yaranmış bu mürəkkəb durumdan çıxış yolu təcili olaraq hüquqi tənzimləmənin və idarəetmə mexanizmlərinin köklü şəkildə yenilənməsindən keçir. Problemi sadəcə avtobus sayını artırmaqla həll etmək mümkün deyil, çünki bu addım mövcud hüquqi və struktur boşluqları aradan qaldırmır. Natiq Ələsgərov vurğulayıb ki, strukturlar arasında idarəetmə pərakəndəliyinə son qoyulmalı, sərnişindaşıma xidmətinin son nəticəsinə görə kollektiv və hüquqi cavabdehlik mexanizmi tətbiq olunmalıdır. İnzibati idarəetmədə məsuliyyəti başqasının üzərinə atmaq təcrübəsi qanunvericilik müstəvisində imkansız hala gətirilməli, Vahid Koordinasiya Mərkəzi vasitəsilə qərarların icrasına birbaşa nəzarət edilməlidir.

Bundan əlavə, ictimai nəqliyyat xidmətinin keyfiyyəti üzrə hüquqi standartlar və ölçülə bilən göstəricilər müəyyən edilməlidir. Şirkət rəhbəri qeyd edir ki, daşıyıcı şirkətlərlə və tənzimləyici qurumla vətəndaşlar arasında münasibətlərdə hər bir marşrut üzrə maksimum gözləmə intervalı, hərəkət sürəti və təhlükəsizlik normativləri rəsmiləşdirilməlidir. İctimaiyyətə yalnız gətirilən avtobusların sayı barədə deyil, bu avtobusların sərnişinin gözləmə vaxtını neçə dəqiqə azaltdığına dair hesabatlar təqdim olunmalıdır. Normativlər pozulduqda vətəndaşın şikayət etmək və itirilmiş vaxta, pozulmuş hüquqlara görə müvafiq mexanizmlərdən istifadə etmək imkanı tanınmalıdır.

14 istiqamətdə tıxac var

Ekspert şəhər infrastrukturunda planlaşdırma, təmir və kütləvi tədbirlər zamanı nəqliyyatın hərəkətinin tənzimlənməsi qaydalarının da sərtləşdirilməsini zəruri hesab edir. Şəhərdə keçirilən iri miqyaslı tədbirlər və ya yol işləri zamanı alternatvlərin təyin edilməsi və vətəndaşların əvvəlcədən rəsmi, təfərrüatlı məlumatlandırılması qanuni öhdəlik kimi tənzimlənməlidir. Bütün sıxlığı və idarəetmə nöqsanlarını “Formula 1” kimi müvəqqəti tədbirlərlə izah etmək əvəzinə, hər bir ərazi üzrə ayrı-ayrı nəqliyyat təhlilləri aparılmalıdır. Müsahibimizin qənaətinə görə, yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu aidiyyəti strukturların vahid hüquqi və inzibati çərçivədə birgə fəaliyyət göstərməsindən keçir. Tıxacların yaratdığı vaxt itkisi, mənəvi və iqtisadi zərər birbaşa şəhər sakinlərinin həyat keyfiyyətinə və sosial rifahına mənfi təsir edir. Bu səbəbdən cavabdeh qurumlar bürokratik bəhanələri bir kənara qoyaraq, hüquqi müstəvidə sərnişinlərin pozulmuş rahatlıq hüququnu bərpa edəcək koordinasiyalı idarəetmə modelini təmin etməlidirlər.//musavat.com

Oxşarxəbərlər

Ətin Qiyməti İlə Bağlı RƏSMİ AÇIQLAMA — Bahalaşma Olacaq?
Gündəm

Ətin Qiyməti İlə Bağlı RƏSMİ AÇIQLAMA — Bahalaşma Olacaq?

12/10/2026 13:40
992
Temperatur KƏSKİN ENƏCƏK: Havalar Soyuyur — Tarix Bilindi
Gündəm

Temperatur KƏSKİN ENƏCƏK: Havalar Soyuyur — Tarix Bilindi

12/10/2026 11:53
998
Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ
Gündəm

Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

11/10/2026 15:03
973
Hicabla bağlı təxribat xarakterli paylaşımlara DİQQƏT
Gündəm

Hicabla bağlı təxribat xarakterli paylaşımlara DİQQƏT

10/10/2026 21:51
987
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Gündəm

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

10/10/2026 17:56
1k
Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq məşhur xanəndənin oğludur
Gündəm

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq məşhur xanəndənin oğludur

10/10/2026 10:04
994

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyi məlumat yaydı – FOTO/VİDEO

Müdafiə Nazirliyi məlumat yaydı – FOTO/VİDEO

12/10/2026 19:41
951
Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12/10/2026 19:32
951
18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

12/10/2026 19:31
951
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO

12/10/2026 18:42
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
976

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
977

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
957

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
989

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.