Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

26/02/2026 19:46
Gündəm
800 51
Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi
704
Paylaşım sayı
978
Baxış sayı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar, Bakı şəhərindki “Ana harayı” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Gündəm24.az xəbər verir ki, daha sonra Dövlət Komitəsində Xocalıdan olan məcburi köçkününlərin bir qrupunun iştirakı ilə anım tədbiri keçirilib.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı əsrlər boyu apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, erməni silahlı dəstələrinin, keçmiş Sovet ordusunun 366-cı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri dəhşətli soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Azərbaycanda Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyi, sonrakı dövrdə Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü iş aparıldığı, bunun xarici siyasətdə ən prioritet istiqamətlərdən biri olduğu, Heydər Əliyev Fondununun “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasının böyük əks-səda doğurduğu bildirilib.

Qürur hissi ilə vurğulanıb ki, bu il soyqırımı qurbanlarının xatirəsi, işğaldan azad edilmiş və separatçılardan tam təmizlənmiş Xocalı şəhərinin özündə də qeyd edilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalıya – doğma yurdlarına qayıtmış sakinlərlə görüşüb, Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Bu, dövlətimizin gücünün nümayişi və şəhidlərimizin xatirəsinə ehtiramın təcəssümüdür.

Bildirilib ki, hazırda Xocalı rayonunda bərpa və quruculuq işləri davam etdirilir. Bu günədək Xocalı şəhərində və rayonun Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Daşbulaq, Xanabad, Seyidbəyli, Ballıca kəndlərində yüzlərlə keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb və onların sayı daha da artacaqdır.

Tədbirdə Xocalı soyqırımı və Böyük Qayıdış haqqında videoçarxlar nümayiş olunub.

Sonra Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Aparatın rəhbəri Eldar Zeynalov, sektor müdiri Emin Usubov, Xocalı sakinləri Brilyant Hacıyeva, Tahirə Hüseynova çıxış ediblər. Qeyd olunub ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı xalqımızın yaddaşında əbədi yaşayacaq, soydaşlarımızın başına gətirilənlər heç vaxt unudulmayacaqdır. Tarixi yurd yerlərinə qayıdan Xocalı sakinlərinin hədsiz sevinc və qürur hissi yaşadıqları vurğulanıb. Yurd yerlərimiz yenidən doğma sakinlərinin iştirakı ilə dirçəlir, yeni bir həyata qovuşur.

699f3d75c846a699f3d75c846b1772043637699f3d75c8467699f3d75c8469 1 699f3d75d429a699f3d75d429b1772043637699f3d75d4298699f3d75d4299 7 699f3d75db906699f3d75db9071772043637699f3d75db904699f3d75db905 5 699f3d75e2053699f3d75e20541772043637699f3d75e2051699f3d75e2052 3 699f3d75ea781699f3d75ea7821772043637699f3d75ea77e699f3d75ea780 2 699f3d75f31ca699f3d75f31cb1772043637699f3d75f31c7699f3d75f31c9 2 scaled

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
975
Kozinoğlunun ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı
Gündəm

Kozinoğlunun ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı

19/09/2026 23:21
955
“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO
Gündəm

“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

19/09/2026 13:29
960
Bakıda gözəllik salonunda qadını dişlədilər
CƏMİYYƏT

Bakıda gözəllik salonunda qadını dişlədilər

19/09/2026 00:24
969
Həbsinə heç kim inanmırdı… – 1 ildir içəridədir
Gündəm

Həbsinə heç kim inanmırdı… – 1 ildir içəridədir

18/09/2026 19:47
959
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
Gündəm

Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA

18/09/2026 17:14
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
952
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
959
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.