Gələcəkdə bəlkə ola bilər, lakin hazırda bu xəbərlər həqiqəti əks etdirmir.
Gündəm24.az Axar.az-a istinadla xəbər verir ki, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova rayonun yeni icra başçısı Elvin Paşayevin Kamran Orucovu baş mütəxəssis-sürücü vəzifəsindən çıxarması və indiyədək vakant olan təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.














