“İranın ali rəhbəri Əli Xamenei və Prezident Məsud Pezeşkian sağdır”.
Gündəm24.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai “Sky News”a deyib.
“Onların hamısı təhlükəsiz yerdədirlər”, – o vurğulayıb.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, İrana endirilən zərbələr zamanı Xameneinin iqamətgahı hədəfə alınıb və ali liderin bu hücum nəticəsində həlak ola biləcəyini istisna etməyib.














