Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kollec direktoru min manat cərimələndi – Səbəb

28/02/2026 09:00
Gündəm
830 26
Kollec direktoru min manat cərimələndi – Səbəb
708
Paylaşım sayı
984
Baxış sayı

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva 1000 manat məbləğində inzibati qaydada cərimə olunub.

Gündəm24.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, cərimə Əmək Müfəttişliyi tərəfindən tətbiq edilib. Buna səbəb kollecin bəzi əməkdaşlarının əmək haqlarının elektron sistemdə aşağı məbləğdə göstərilməsi olub.

Direktor qərarla razılaşmayaraq məhkəməyə müraciət edib.

X.Xudiyeva izahatında bildirib ki, 1000 manat cərimə olunması barədə məlumatı my.gov.az portalına daxil olarkən təsadüfən görüb. Onun sözlərinə görə, nə elektron sistem, nə SMS, nə də poçt vasitəsilə rəsmi şəkildə məlumatlandırılmayıb.

O qeyd edib ki, elektron protokolda cərimə göstərilsə də, İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə məsuliyyətə cəlb olunduğu əks olunmayıb. Bu məsələyə aydınlıq gətirmək üçün kollecin hüquqşünası və baş mühasibi ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsi ilə əlaqə saxladıqlarını bildirib. Onun sözlərinə görə, regional şöbədən “Bakı özü cərimə edib” cavabı verilib.

Direktor iddia edib ki, elektron protokolun sistemdə görünməsi faktiki məlumatlandırma hesab edilə bilməz və müdafiə hüququnun həyata keçirilməsi üçün şəxs real qaydada xəbərdar edilməlidir.

Direktor həmçinin qeyd edib ki, adı çəkilən işçilərin əmək haqlarının sistemdə aşağı görünməsi onların qismən ödənişli məzuniyyətdə olmaları ilə bağlı texniki göstəricidir və əmək qanunvericiliyinin pozuntusu hesab edilə bilməz. Bununla bağlı müvafiq əmrlərin mövcud olduğunu da məhkəməyə təqdim edib.

X.Xudiyeva Gəncə Şəhər Məhkəməsinə müraciət edərək həm cərimənin ləğvini, həm də şikayət müddətinin bərpasını xahiş edib.

İşə hakim Elçin Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatəti təmin etməyib.

Direktor qərardadın qanunsuz olduğunu, məhkəmənin işi tam və obyektiv araşdırmadığını bildirib. Onun sözlərinə görə, qərardadda məhkəmədə verdiyi izahat təhrif olunub.

Lakin məhkəmə onun şikayətini təmin etməyib və tətbiq edilmiş 1000 manatlıq cərimə qüvvədə saxlanılıb.

Qeyd edək ki, Xoşqədəm Xudiyeva 2025-ci il yanvar ayında direktor təyin olunub.

O, Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. 2022-2024-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramını müvəffəqiyyətlə başa vurub.

O, 2010-2024-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəaliyyət göstərib.

Oxşarxəbərlər

Azərbaycan XİN bu ölkələri təbrik etdi
Gündəm

Azərbaycan XİN bu ölkələri təbrik etdi

21/09/2026 10:30
953
Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
976
Kozinoğlunun ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı
Gündəm

Kozinoğlunun ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı

19/09/2026 23:21
955
“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO
Gündəm

“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

19/09/2026 13:29
960
Bakıda gözəllik salonunda qadını dişlədilər
CƏMİYYƏT

Bakıda gözəllik salonunda qadını dişlədilər

19/09/2026 00:24
969
Həbsinə heç kim inanmırdı… – 1 ildir içəridədir
Gündəm

Həbsinə heç kim inanmırdı… – 1 ildir içəridədir

18/09/2026 19:47
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu əsgərlərə pis xəbər: gec tərxis olunacaqlar – SƏBƏB

Bu əsgərlərə pis xəbər: gec tərxis olunacaqlar – SƏBƏB

21/09/2026 10:41
953
Eminbəy Zeynalov yüksək vəzifəyə TƏYİN OLUNDU – FOTO

Eminbəy Zeynalov yüksək vəzifəyə TƏYİN OLUNDU – FOTO

21/09/2026 10:38
952
Sərhədi keçənlərin DİQQƏTİNƏ – Qaydalar dəyişdi

Sərhədi keçənlərin DİQQƏTİNƏ – Qaydalar dəyişdi

21/09/2026 10:32
954
Azərbaycan XİN bu ölkələri təbrik etdi

Azərbaycan XİN bu ölkələri təbrik etdi

21/09/2026 10:30
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
955

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.