Cümə axşamı, İyun 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Lisey, gimnaziya, yoxsa ümumtəhsil məktəbi? – İlqar Orucovdan MƏSLƏHƏT

30/05/2026 12:59
Gündəm
44 3
Lisey, gimnaziya, yoxsa ümumtəhsil məktəbi? – İlqar Orucovdan MƏSLƏHƏT
59
Baxış sayı

“Birinci sinfə seçim edərkən valideynlər məktəbin statusundan daha çox uşağın fərdi xüsusiyyətlərinə, psixoloji hazırlığına və məktəbin evə olan məsafəsinə diqqət yetirməlidirlər. Burada status dedikdə lisey, gimnaziya və ya ümumtəhsil məktəbi olması nəzərdə tutulur. 6 yaşlı uşağın məktəbə rahat adaptasiyası və gələcək inkişafı üçün ilkin mərhələdə güclü proqramdan daha çox emosional rahatlıq və düzgün müəllim seçimi həlledici rol oynayır”.

Gündəm24.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi.

Onun sözlərinə görə, lisey, gimnaziya və ümumtəhsil məktəblərinin müəyyən fərqləri var:

“Ümumtəhsil məktəblərində tədris standart dövlət proqramı çərçivəsində təşkil olunur. Gimnaziyalar daha çox humanitar və dil yönümlü təhsilə üstünlük verir və bu sahələrə marağı olan uşaqlar üçün nəzərdə tutulur. Liseylər isə texniki və təbiət elmlərinə meyilli şagirdlər üçün daha uyğun seçim hesab olunur. Məzmun baxımından da fərqlər mövcuddur. Ümumtəhsil məktəblərində bütün fənlərə eyni yanaşma tətbiq edilir. Gimnaziyalarda humanitar və dil fənləri, liseylərdə isə texniki və təbiət elmləri istiqamətləri daha dərindən tədris olunur”.

Müsahibimiz qeyd etdi ki, bu təhsil müəssisələrinə qəbul qaydaları da fərqlidir:

“Ümumtəhsil məktəblərinə qəbul birbaşa, yəni müsabiqəsiz həyata keçirilir. Gimnaziya və liseylərdə isə qəbul adətən müsabiqə və ya imtahan əsasında aparılır. Şagirdlərin yüklənmə səviyyəsinə gəldikdə, ümumtəhsil məktəblərində bu göstərici orta hesab olunur. Burada xüsusi dərinləşdirilmiş proqramlar olmadığı üçün adaptasiya baxımından daha əlverişli mühit formalaşır. Gimnaziyalarda yüklənmə səviyyəsi daha yüksəkdir. Burada dil bacarıqlarının və təhlil qabiliyyətlərinin inkişafına xüsusi diqqət ayrılır. Liseylərdə isə yüklənmə daha çox ola bilər, çünki məntiqi və riyazi təfəkkürün inkişafına üstünlük verilir. Məktəb növlərinin hansı uşaqlar üçün daha uyğun olduğuna da diqqət yetirmək vacibdir. Ümumtəhsil məktəbləri standart tempdə öyrənən uşaqlar üçün münasib seçimdir. Gimnaziyalar yaradıcı düşüncəyə malik və nitq qabiliyyəti yaxşı inkişaf etmiş uşaqlar üçün daha uyğundur. Liseylər isə riyazi təfəkkürü və məntiqi düşünmə bacarıqları yüksək olan şagirdlər üçün daha məqsədəuyğundur”.

Ekspert qeyd etdi ki, valideynlərin diqqət etməli olduğu əsas məqamlardan biri müəllim faktorudur. İ.Orucovun sözlərinə görə, ibtidai sinifdə ən vacib amil məktəbin adı deyil, məhz uşağa dərs deyən müəllimdir:

“Müəllimin uşaqlarla münasibəti, səbri və tədris metodikası adaptasiya prosesinə birbaşa təsir göstərir. İbtidai sinif müəllimi uşağın gələcək təhsil uğurunun formalaşmasında mühüm rol oynayan əsas fiqurlardan biridir. Diqqət yetirilməli digər məsələ məsafə və logistika amilidir. Evə yaxın məktəb uşağın yolda yorulmasının qarşısını alır. Səhər tezdən uzun məsafə qət edən uşaqların dərsə fokuslanması daha çətin olur. Uşağın psixoloji hazırlığı da mühüm əhəmiyyət daşıyır. Lisey və gimnaziyalarda rəqabət və tapşırıq yükü daha çox olduğundan həssas və tez yorulan uşaqlar üçün bu mühit əlavə çətinlik yarada bilər. Bu isə onların təhsilə və məktəbə olan marağının azalmasına səbəb ola bilər. Mövcud qaydalara əsasən, ümumtəhsil məktəblərində elektron sistem vasitəsilə ərazi prinsipi üzrə üstünlük verilir. Lisey və gimnaziyaların bir qismində qəbul ibtidai sinifdən, digər qismində isə 5-ci sinifdən etibarən imtahan yolu ilə həyata keçirilir”.

Həmsöhbətimizin fikrincə, ibtidai sinif mərhələsində, yəni 1-4-cü siniflərdə ümumtəhsil məktəbi və ya evə yaxın gimnaziya daha uyğun seçimdir.

“Çünki bu dövrdə uşağın əsas ehtiyacı öyrənməyi sevmək və sosiallaşmaqdır. Yuxarı siniflərdə isə seçim uşağın meyil və potensialına uyğun aparılmalıdır. Adətən 3-4-cü siniflərdə uşağın bacarıqları və maraq dairəsi artıq müəyyən qədər formalaşır. Bu baxımdan, əgər şagird güclü məntiqi təfəkkür nümayiş etdirirsə, onun 5-ci sinifdən etibarən ixtisaslaşmış liseylərə yönləndirilməsi daha effektiv nəticələr verə bilər”, – deyə o bildirdi.

Oxşarxəbərlər

Gəmidə ölən azərbaycanlılar görün kim imiş – ADLAR
Gündəm

Gəmidə ölən azərbaycanlılar görün kim imiş – ADLAR

05/06/2026 16:38
59
Əşrəf Veysəlli vəfat etdi
Gündəm

Əşrəf Veysəlli vəfat etdi

05/06/2026 12:57
62
Azərbaycanda keçmiş deputat vəfat etdi – Foto
Gündəm

Azərbaycanda keçmiş deputat vəfat etdi – Foto

02/06/2026 12:05
63
Avtobusların kondisionerləri niyə işə salınmır? – VİDEO
Gündəm

Avtobusların kondisionerləri niyə işə salınmır? – VİDEO

02/06/2026 11:34
61
Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI: Uşaqpulu istəyən kişilər…
Gündəm

Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI: Uşaqpulu istəyən kişilər…

01/06/2026 16:35
69
Mübahisə yaradan çıxışların anatomiyası – Səidə Bəkirqızı, belə olmaz axı!
Gündəm

Mübahisə yaradan çıxışların anatomiyası – Səidə Bəkirqızı, belə olmaz axı!

30/05/2026 11:34
61

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu türk ölkəsi İrana səfər etməməyə çağırdı

Bu türk ölkəsi İrana səfər etməməyə çağırdı

11/06/2026 14:02
50
Qardaş ölkədə faciə: Xeyli hərbçi həyatını itirdi

Qardaş ölkədə faciə: Xeyli hərbçi həyatını itirdi

11/06/2026 14:00
50
İmtahana gedən tələbə quyuya düşdü – VİDEO

İmtahana gedən tələbə quyuya düşdü – VİDEO

11/06/2026 13:33
50
Oman sahillərində tanker yanıb

Oman sahillərində tanker yanıb

11/06/2026 13:25
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

11/06/2026 11:30
64

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

10/06/2026 11:42
70

Əsrlərin Ardınca Gələn Həqiqət: Qərbi Azərbaycanın Tarixi Yenidən Gündəmdə

Əsrlərin Ardınca Gələn Həqiqət: Qərbi Azərbaycanın Tarixi Yenidən Gündəmdə

09/06/2026 15:19
57

İrəvanın Unudulan Keçmişi: Arxivlərdən Çıxan Maraqlı Faktlar

İrəvanın Unudulan Keçmişi: Arxivlərdən Çıxan Maraqlı Faktlar

08/06/2026 12:02
54

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.