Şənbə, Mart 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mehdiyev müqavimətə başladı

22/10/2025 11:05
Gündəm
40 3
Mehdiyev müqavimətə başladı
54
Baxış sayı

Azərbaycanın gündəmi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustağı edilməsi barədə həbs xəbəri ətrafında qalmaqda davam edir. Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmək kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Mehdiyev vəkilləri vasitəsilə hələ ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apelyasiya şikayəti verib. Görünür ki, Ramiz Mehdiyev vəkillərinə bu istiqamətdə xüsusi göstəriş verib və müdafiəsinin qurulması üçün mümkün hüquqi addımların atılmasını tapşırıb. (Mənbə: Qafqazinfo)

PA-nın sabiq rəhbərinin suçlandığı ağır maddələrə baxmayaraq, onun evində axtarış aparılması haqda rəsmi bilgi yoxdur. Azərbaycan qanunvericiliyi məhkəmə qərarı olmadan belə Mehdiyevin evində axtarış aparılmasına imkan verir. Bunu isə Modern.az-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov bildirib. “Əgər mətbuatda səsləndirilən fikirlər həqiqəti əks etdirirsə, o zaman Ramiz Mehdiyevin evi və ya evlərində axtarış aparıla bilər”, – deyə o bildirib.

Gündəm24.az musavat-a istinadən xəbər verir ki, hüquqşünas əlavə edib ki, mətbuatda gedən məlumatlardan görünür, Ramiz Mehdiyevin təkcə bir yerdə deyil, bir neçə yerdə – həm Bakı şəhərində, həm də ölkənin müxtəlif rayonlarında evləri və ya villaları var. Onun sözlərinə görə, axtarışın aparılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən mümkündür: “Cinayət-Prosessual Məcəlləsinə görə, cinayətin törədilməsi halları və cinayətlə bağlı sübutların toplanması məqsədilə ibtidai istintaqı aparan orqan axtarış və götürmə istintaq hərəkətini aparmaq zərurətini görürsə, bu addımı ata bilər. Bu zaman istintaq aparan müstəntiq və ya müstəntiqlər qrupu vəsatətlə prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edir, prokuror isə təqdimatla məhkəmə qarşısında bu məsələni qaldırır. Məhkəmə də həmin cinayətlə bağlı Ramiz Mehdiyevin evində və ya evlərində axtarış və götürmə aparılması barədə qərar qəbul edə bilər”.

Xəyal Bəşirov qeyd edib ki, axtarış və götürmə əməliyyatları cinayətin izlərinin isti-isti müəyyənləşdirilməsi və cinayətin qısa zamanda sübuta yetirilməsi üçün ən mühüm addımlardan hesab olunur: “Elə cinayətlər var ki, – ağır və xüsusilə ağır cinayətlər, – onlar şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə olan cinayət kateqoriyasına daxildir. Nəzərə alsaq ki, Ramiz Mehdiyev də dövlət hakimiyyəti əleyhinə, xüsusilə ağır cinayətlərdə ittiham olunur və hələlik bu ittihamları təkzib edən hər hansı bəyanat verməyib, bu halda qanunvericiliyə əsasən, belə cinayətlər zamanı müstəntiq təxirəsalınmaz hallarda, məhkəmənin qərarı olmadan da axtarış keçirə bilər”.

Bu arada Mehdiyevin kürəkəni İlham Əliyev “Müsavat TV”yə açıqlama verib. O, qayınatasının həbsi, durumu, ailənin istintaqa çağırılması ilə bağlı suallara cavab verməyib, yalnız özü barədə yayılan iddiaları təkzib edib. İ.Əliyev iddia deyib ki, barəsində mətbuatda yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur: “Mən sizin efiri, telekanalı izləyirəm. Sosial problemlərlə, insanların həyatı ilə bağlı faktlar deyirsiz. Hər zaman baxıram sizə. Amma faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləşdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”. Yeri gəlmişkən, Mehdiyevin qardaşı oğlu Telman Mehdiyevin Dövlət Gömrük Komitəsində işləməsi barədə yayılmış məlumat təkzib olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, T.Mehdiyev 2023-cü ildən gömrük orqanlarından təqaüdə çıxıb.

ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyev də Ramiz Mehdiyev ətrafında baş verən qalmaqala və Azərbaycanda Rusiyanın agent şəbəkəsi ilə bağlı müzakirələrə münasibət bildirib. “Azpolitika” xəbər verir ki, o, bu istiqamətdə sərt tədbirlərin görülməsinin vacibliyini bildirib.

Rəsul Quliyev deyib ki, artıq uzun illərdir Rusiyanın Azərbaycanda çoxsaylı agentlərinin fəaliyyət göstərdiyini qeyd edir: “Mən ən azı son beş ildə ruslarınAzərbaycanda çoxsaylı agentlərinin olması təhlükəsinin qarşısını almağın vacibliyini qeyd etmişəm. Həm ölkədə, həm də Rusiyada yaşayan və Rusiyaya xidmət edən kifayət qədər azərbaycanlı hələ də var və onlardan təmizlənmək vacibdir. Bu ölkə 19-cu əsrdən bəri bizim üçün ən təhlükəli ölkə olub və elə də qalacaq. Rusiyanın agentlərinə qarşı son dərəcə qəddar olmaq lazımdır. Gərək bu işi görmək istəyənlərin gözü qorxsun”.

R.Quliyev bildirib ki, dövlət orqanları agentləri aşkar etmək üçün bütün vasitələrdən istifadə etməlidir: “Əgər Mehdiyev kimi qorxaq bir adam cəsarətə gələ bilibsə, görün az cəsarəti olanların sayı nə qədər olar… Şübhəlilər təcili həbs edilməlidirlər. Fikirlərini bölüşdükləri və müəyyən vəzifələr vəd etdiyi adamlar həbs edilməlidirlər”.

Sonda Quliyev bildirib ki, satqınlar Azərbaycan dövlətinin orden və medallarını daşımaq haqqına malik deyillər.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədov Mehdiyevin niyə indi məsuliyyətə cəlb edilməsi ilə bağlı Modern.az-a bunları deyib: “Bunun səbəbini deyə bilmərəm. Görünür, müvafiq orqanların əlində hansısa ciddi əsaslar olub ki, onu bu şəkildə, bir neçə ciddi maddələrlə cinayət məsuliyyətinə cəlb ediblər. Onların içərisində ən ciddisi də vətənə xəyanət məsələsidir. Azərbaycanda faktiki son 30 ildə ölkə idarəetməsində ikinci yerdə olan adamın bu şəkildə ittiham olunması dövlət üçün o qədər də xoşagələn deyil. Görünür, müvafiq orqanların əllərində çox ciddi əsaslar var ki onunla bağlı məsələni publik şəkildə elan da ediblər. Ramiz Mehdiyevin Moskva ilə əlaqələrinin, Rusiya sisteminin heyranı, sovet sisteminin yeni dövrə uyğunlaşdırılmış bir formatının müəllifi olması heç kəsə sirr deyil. Ancaq Vətənə xəyanət, dövlət çevrilişinə cəhd bu yaşda insan üçün olduqca ciddi məsələdir”.

Oxşarxəbərlər

İranın “görünməz” rəhbərinin ilk müraciəti – VİDEO
Gündəm

İranın “görünməz” rəhbərinin ilk müraciəti – VİDEO

13/03/2026 20:15
54
Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM DETALLAR – Ankara və İrəvan təcili HƏRƏKƏTƏ KEÇDİ
Gündəm

Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM DETALLAR – Ankara və İrəvan təcili HƏRƏKƏTƏ KEÇDİ

13/03/2026 15:16
59
Sərhədlərin toxunulmazlığı etibarlı şəkildə təmin olunur- Əli Əsədov
Gündəm

Sərhədlərin toxunulmazlığı etibarlı şəkildə təmin olunur- Əli Əsədov

13/03/2026 11:23
55
Bu əraziləri təcili TƏRK EDİN- XƏBƏRDARLIQ
Gündəm

Bu əraziləri təcili TƏRK EDİN- XƏBƏRDARLIQ

13/03/2026 09:16
77
Leyla Əliyeva yeni şeirini təqdim etdi – FOTO
Gündəm

Leyla Əliyeva yeni şeirini təqdim etdi – FOTO

12/03/2026 14:20
55
Ermənistanda ev alan azərbaycanlılar… – Rəsmi
Gündəm

Ermənistanda ev alan azərbaycanlılar… – Rəsmi

12/03/2026 11:58
76

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ərdoğandan dünya gündəmi ilə bağlı təsirli çıxış – VİDEO

Ərdoğandan dünya gündəmi ilə bağlı təsirli çıxış – VİDEO

13/03/2026 23:58
56
Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

13/03/2026 21:59
54
DİM sədri abituriyentlərin narazılıqlarına cavab verdi: Tövsiyə edərdim…

DİM sədri abituriyentlərin narazılıqlarına cavab verdi: Tövsiyə edərdim…

13/03/2026 21:16
57
SON DƏQİQƏ! SEPAH açıqlama yaydı

SON DƏQİQƏ! SEPAH açıqlama yaydı

13/03/2026 21:14
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
68

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
80

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.