Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Nəhəng ali təhsil ocağı Kembricin 18 yaşlı azərbaycanlı tələbəsi – Fotolar

24/09/2026 16:29
Gündəm
819 8
Nəhəng ali təhsil ocağı Kembricin 18 yaşlı azərbaycanlı tələbəsi – Fotolar
685
Paylaşım sayı
951
Baxış sayı

18 yaşlı azərbaycanlı Şamil Əsgərli dünyanın ən güclü universitetlərindən olan Kembric Universitetinin (University of Cambridge) İqtisadiyyat fakültəsinə qəbul olunub. Şamil bu tədris ilindən başlayaraq, həmin universitetdə təhsil almağa başlayacaq.

“SUBIS SUN” beynəlxalq məktəbin məzunu olan Şamil Əsgərlinin dünyanın ən yaxşı 6-cı universitetində (QS World University Rankings 2026) yer qazanması heç də asan nailiyyət deyil. Bu uğur Şamilin intellektual marağının, iti zəkalı analitik düşüncəsinin və yorulmaz əzminin bariz nümunəsidir.

Axşam.az xəbər verir ki, Şamil Əsgərli “525-ci qəzet”ə müsahibəsində universitetə qəbulu və gələcək hədəfləri haqda danışıb.

– Şamil, niyə məhz Kembric Universitetini seçmək qərarı verdiniz?

– İngiltərədə təhsil almağa qərar verdikdən sonra, əlbəttə, hər bir şagird kimi mən də ən yaxşı universitetlərdən birində oxumağı arzulayırdım. Əvvəllər ən böyük istəyim London İqtisadiyyat Məktəbinə (LSE – London School of Economics) daxil olmaq idi. İqtisadiyyat üzrə dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri olduğu üçün LSE mənim əsas hədəfim idi. Kembric kimi universitetlər isə həmin vaxt mənə bir qədər uzaq görünürdü.

Amma hazırlıq dövründə müxtəlif imtahanlar verdikcə, nəticələrimi gördükcə və xüsusilə təxminən il yarım əvvəl İngiltərədə iştirak etdiyim yay proqramından sonra özümdə “niyə də yox?” sualı yaranmağa başladı. Düşündüm ki, ən azı cəhd etməliyəm.

İngiltərədə UCAS vasitəsilə beş universitetə müraciət etmək mümkündür və mən müraciət etdiyim beş universitetin hamısından qəbul aldım. Onların arasında LSE və İmperial kimi çox güclü universitetlər də var idi. Buna görə son seçim etmək asan deyildi. Amma sonda seçimim Kembric Universiteti oldu.

Bu seçimdə akademik səviyyə ilə yanaşı, başqa bir məqam da mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Bildiyimə görə, hazırda Kembricdə bakalavr səviyyəsində Azərbaycandan təhsil alan tələbə yoxdur. Mən də istədim ki, orada azərbaycanlı tələbə kimi ölkəmi layiqincə təmsil edim. Ümid edirəm ki, gələcəkdə Kembricə qəbul olmaq istəyən digər azərbaycanlı şagirdlər üçün də bu yol bir qədər daha yaxın və real görünəcək.

– Universitetə qəbul prosesinə hazırlıq çoxmu çətin idi? Nə qədər zamanınız getdi? 

– Bu proses bir imtahandan və ya bir neçə aylıq hazırlıqdan ibarət deyil. Mən mərhələli şəkildə, müxtəlif müəllimlərlə hazırlaşmışam. Eyni zamanda universitetləri, onların proqramlarını və təhsil sistemlərini araşdırır, mənim üçün daha uyğun olan istiqamətləri müəyyənləşdirməyə çalışırdım.

Məncə, burada hər kəsin yolu eyni olmamalıdır. Məsələn, bir çox şagird SAT imtahanına hazırlaşır, amma mən əvvəldən bu imtahana ehtiyac görmədim və daha fərqli yol seçərək diqqətimi digər imtahan nəticələrimə və seçdiyim universitetlərin konkret qəbul tələblərinə yönəltdim.

TOP universitetlərə müraciətdə akademik nəticələrlə yanaşı, sənədlərin düzgün hazırlanması və lazımi detalların düzgün təqdim edilməsi də çox önəmlidir. Bu prosesdə Azeristudent mənə ciddi dəstək göstərdi. Müraciət sənədlərimin hazırlanmasından başlayaraq, prosesin müxtəlif mərhələlərində onların köməyindən istifadə etdim.

Belə universitetlərə qəbul üçün əlavə imtahanlardan da keçmək lazım gəlir. Məsələn, iqtisadiyyat üzrə müraciətim üçün TMUA imtahanı mühüm mərhələlərdən biri idi. Bu imtahana hazırlıq üçün İngiltərədən riyaziyyat müəlliminin tapılmasında da Azeristudent mənə kömək etdi. IELTS imtahanına isə nisbətən qısa müddətdə hazırlaşdım və tələb olunandan daha yüksək nəticə əldə etdim. Hazırlıq prosesində Glodemia-nın dəstəyindən də istifadə etmişəm.

TOP universitetlərdə yalnız nəticələr və sənədlər kifayət etmir. Qəbul prosesinin ən maraqlı və eyni zamanda ən həyəcanlı mərhələlərindən biri professorlarla fərdi müsahibələr idi. Həm Kembric, həm də İmperial universitetlərində professorlarla təxminən 30 dəqiqə davam edən, ümumilikdə üç müsahibədə iştirak etdim.

Burada məqsəd sadəcə bildiyin məlumatı danışmaq deyildi. Müxtəlif suallar və real situasiyalar təqdim olunur, sənin məsələyə necə yanaşdığın, düşüncə tərzin, verilən məlumatları necə analiz etdiyin və həll yolunu necə tapdığın qiymətləndirilirdi.

Xüsusilə Kembricdəki müsahibələr mənim üçün çox maraqlı təcrübə oldu. Professorların yanaşması, müzakirələrin formatı və məndən sadəcə düzgün cavab deyil, düşüncə prosesimi göstərməyimin gözlənilməsi Kembricə marağımı daha da artırdı. O vaxt böyük həyəcanla müsahibələrin nəticələrini gözləyirdim, indi isə sevinclə həmin universitetdə təhsil almağa hazırlaşıram.

Bütün bunlarla yanaşı, təhsil aldığım SABIS məktəbinin müəllimlərinə xüsusi təşəkkür etmək istəyirəm. Mənim akademik bazamın və təhsil səviyyəmin bu mərhələyə çatmasında onların böyük əməyi var.

Və təbii ki, bütün bu yol boyunca ailəmin mənə olan inamının və dəstəyinin ayrıca yeri var. Hər mərhələdə yanımda olublar, qərarlarıma inanıb məni motivasiya ediblər. Xüsusilə çətin və gərgin dövrlərdə onların mənə verdiyi inam mənim üçün çox önəmli olub.

– Bəs hansı fakültədə təhsil alacaqsınız?

– Allaha şükürlər olsun ki, sonda Kembric Universitetinə qəbul oldum. İqtisadiyyat (Economics) ixtisası əvvəldən ən çox istədiyim və maraq göstərdiyim sahə idi. Mənim üçün iqtisadiyyat yalnız klassik iqtisadi nəzəriyyədən ibarət deyil. Müasir dövrdə bu sahə riyaziyyat, maliyyə, data analitikası və texnologiya ilə getdikcə daha çox kəsişir, süni intellektin iqtisadiyyata və qərarvermə proseslərinə təsiri isə yeni istiqamətlər açır. Məni də məhz bu genişlik və gələcəkdə müxtəlif istiqamətlər üzrə inkişaf etmək imkanı cəlb edir. İndi Kembricdə arzuladığım ixtisas üzrə təhsil alacağım üçün çox xoşbəxtəm.

– Gələcək üçün hədəfləriniz nədir?

– Universitetlərdən qəbullarımı aldıqdan və Kembrici seçdikdən sonra Azərbaycanın xaricdə təhsil üzrə Dövlət Proqramına da müraciət etdim və proqrama qəbul olundum.

Mən bu proqramı ölkəmizin öz gənclərinə yaratdığı ən dəyərli imkanlardan biri hesab edirəm. Dünyada hər ölkədə gənclərin dünyanın aparıcı universitetlərində təhsil almasına bu səviyyədə dövlət dəstəyi göstərilmir. Azərbaycanda bunun dövlət səviyyəsində həyata keçirilməsi və ölkənin gələcəyi üçün lazım olan peşəkar kadrların yetişdirilməsinə uzunmüddətli investisiya kimi yanaşılması, məncə, çox dəyərli təşəbbüsdür.
Mənim də bu imkandan yararlanmağım həm böyük qürur, həm də məsuliyyətdir. Buna görə dövlətimizə göstərilən dəstəyə görə təşəkkür edirəm.
Əlbəttə, qarşıda məni asan olmayan bir təhsil dövrünün gözlədiyini yaxşı anlayıram. Kembricə qəbul olmaq böyük nəticədir, amma məncə, əsas məsələ ora qəbul olmaqla bitmir. Əksinə, bundan sonra özünü doğrultmaq, verilən imkanlardan maksimum istifadə etmək və yaxşı mütəxəssis kimi yetişmək lazımdır.

Mən yalnız diplom almaq üçün oxumaq istəmirəm. Universitet illərində iqtisadiyyatı daha dərindən öyrənmək, eyni zamanda onun maliyyə, texnologiya və data ilə kəsişən müasir istiqamətlərini də yaxından öyrənmək istəyirəm. Fərqli insanlarla tanış olmaq, beynəlxalq təcrübə qazanmaq və dünyaya baxışımı genişləndirmək də mənim üçün universitet təhsilinin vacib hissəsidir. Hansı konkret istiqamətdə ixtisaslaşacağımı isə qarşıdakı illərdə daha dəqiq müəyyənləşdirəcəyəm.

Amma uzunmüddətli hədəfimlə bağlı bir şeyə əminəm: qazandığım bilik və təcrübə ilə Azərbaycana qayıtmaq və ölkəmizin inkişafına öz sahəmdə töhfə vermək istəyirəm. Dövlətimizin mənim təhsilimə göstərdiyi dəstəyi gələcəkdə gördüyüm işlərlə doğrultmaq da mənim üçün ayrıca motivasiyadır.

– Sonda. Sizin kimi dünyanın aparıcı universitetlərinə qəbul olmaq istəyən azərbaycanlı şagirdlərə nə demək istərdiniz?

– Mən hələ universitetə yenicə qəbul olmuş bir tələbə kimi kiməsə məsləhət verməyi özümə çox da uyğun görmürəm. Amma öz keçdiyim yola əsaslanaraq, hələ məktəbdə təhsil alan şagirdlərlə bəzi fikirlərimi bölüşə bilərəm.

İlk növbədə, xaricdə təhsil haqqında qərarı son ilə saxlamaq lazım deyil. Məncə, məktəbi bitirməyə ən azı 2-3 il qalmış hansı ölkədə, hansı istiqamətdə və hansı səviyyəli universitetlərdə təhsil almaq istədiyinizi müəyyənləşdirmək və buna uyğun hazırlaşmağa başlamaq çox vacibdir. Son ildə hər şeyi eyni anda etməyə çalışanda artıq bir çox məsələdə gec ola bilər. Çünki yüksək akademik nəticələr, əlavə imtahanlar, dil biliyi, universitetlərin fərqli tələbləri və ümumilikdə güclü müraciət profili bir gündə formalaşmır.

Digər tərəfdən, özünüzə əvvəlcədən sərhəd qoymamaq lazımdır. Təxminən il yarım əvvəl Kembric mənə də çox uzaq görünürdü. Bəzən insan özü öz qarşısına “ora qəbul olmaq çox çətindir” və ya “bu mənim üçün deyil” kimi maneələr qoyur. Əgər mən də əvvəldən belə düşünsəydim, bəlkə də heç müraciət etməzdim.

Əlbəttə, böyük hədəfin arxasında ciddi və ardıcıl hazırlıq dayanmalıdır. Təkcə yüksək qiymətlər kifayət etmir. Hansı universitetləri hədəflədiyinizi əvvəlcədən bilmək, onların tələblərini araşdırmaq, lazım olan imtahanlara və müsahibələrə vaxtında hazırlaşmaq çox önəmlidir. Bu yolda düzgün müəllimlərin və sizə doğru istiqamət göstərə biləcək insanların olması da böyük üstünlükdür.

Və ən əsası, cəhd etməkdən çəkinməmək lazımdır. Mən özüm də bu prosesə başlayanda Kembricə mütləq qəbul olacağımı düşünmürdüm. Sadəcə bir mərhələdə özümə “niyə də yox?” sualını verdim.

İndi düşünürəm ki, məktəbdə oxuyan bir şagirdə deyə biləcəyim ən vacib şey budur: hədəfinizi mümkün qədər erkən müəyyənləşdirin, ona doğru sistemli şəkildə çalışın və özünüz üçün əvvəlcədən “bu mümkün deyil” qərarını verməyin.//axşam.az

 

Oxşarxəbərlər

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edilib
Gündəm

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edilib

24/09/2026 16:01
962
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olundu
Gündəm

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olundu

24/09/2026 15:27
959
Leyla Əliyeva XIX əsrə aid milli geyimdə – FOTO
Gündəm

Leyla Əliyeva XIX əsrə aid milli geyimdə – FOTO

23/09/2026 23:48
958
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla – FOTOLAR
Gündəm

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla – FOTOLAR

23/09/2026 23:14
956
“Pashapay” 50 min manat CƏRİMƏLƏNDİ
Gündəm

“Pashapay” 50 min manat CƏRİMƏLƏNDİ

23/09/2026 20:08
958
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz – VİDEO
Gündəm

3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz – VİDEO

23/09/2026 17:01
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda deputat İSTEFA VERDİ

Azərbaycanda deputat İSTEFA VERDİ

24/09/2026 18:34
951
Prezident qanunu imzalamadı, MM-ə qaytardı – Səbəb

Prezident qanunu imzalamadı, MM-ə qaytardı – Səbəb

24/09/2026 18:22
957
Bank kartları ilə bağlı daha bir qadağa

Bank kartları ilə bağlı daha bir qadağa

24/09/2026 17:17
968
Anar Bayramov ona yüksək vəzifə verdi – FOTO

Anar Bayramov ona yüksək vəzifə verdi – FOTO

24/09/2026 17:12
955

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

24/09/2026 08:27
961

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
964

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.