Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Naxçıvanda bu “eybəcər yerlər” bağlandı

05/12/2025 20:00
Gündəm
47 1
Naxçıvanda bu “eybəcər yerlər” bağlandı
61
Baxış sayı

“Qədim tarixə malik Naxçıvan strateji nöqtədə yerləşir. Ora türkün Turana açılan qapısı, yeni dünya düzəninin açarı, Şərqlə Qərbi birləşdirən yeni kommunikasiya xətlərinin keçdiyi yerdir”.

Gündəm24.az  xəbər verir ki, bu sözləri Globalinfo.az-a jurnalist Tural Səfər son 20 ildə Naxçıvanda baş verən proseslər haqqında danışarkən deyib.

O qeyd edib ki, Naxçıvan zaman-zaman cəsarətli qərarların qəbul olunduğu yer kimi tarixə düşüb:

“1990-cı ildə SSRİ tərkibindən çıxan ilk respublika, hələ sovet dövründə müstəqilliyimizi elan etməmişdən əvvəl üçrəngli bayrağımızın dalğalandırıldığı ilk şəhərdir. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Naxçıvana hər zaman böyük diqqət və qayğı göstəriblər.

Prezident Heydər Əliyev Naxçıvanda olarkən Bakıdan gəlmiş nazirlərə göstəriş vermişdi ki, vaxtaşırı Naxçıvana gəlsinlər, burada məsələlərlə məşğul olsunlar, lazımi köməyi göstərsinlər. Bu, Naxçıvanın strateji əhəmiyyətinə Prezidentin verdiyi önəmin göstəricisidir.

2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın yaxın 30 illik inkişaf yolunu artıq müəyyən etmişdi. O, həm Qarabağın azad edilməsini, həm də Zəngəzur dəhlizinin açılmasını planlaşdırmışdı. Prezidentin müdrikliyi Naxçıvanın bugünkü əhəmiyyətini hələ o zaman görməyə imkan vermişdi. Ona görə də Naxçıvana xüsusi qayğı göstərir və Azərbaycanın nazirlərindən də muxtar respublikaya diqqət yetirməyi tələb edirdi”.

Jurnalist qeyd edib ki, son 20 ildə Naxçıvana rəhbərlik edənlər –Vasif Talıbov, Fuad Nəcəfli regionun strateji əhəmiyyətini və Prezidentin muxtar respublika ilə bağlı planlarını anlaya bilmədilər, tapşırıqları layiqincə yerinə yetirmədilər:

“İfrat təkəbbür və yarıtmaz fəaliyyət Naxçıvanla bağlı əksər planları pozdu, Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının tədbirlərini həyata keçirməsinə mane oldu. Vasif Talıbov və Fuad Nəcəflinin dövrlərindəki nöqsanlar, naxçıvanlılara yaşatdıqları çətinliklər, korrupsiya halları haqqında danışmağa gərək yoxdur, əksəriyyət bilir.

Noyabrın 12-də Prezident İlham Əliyev Ceyhun Cəlilovu Naxçıvana yeni səlahiyyətli nümayəndə təyin etdi. Naxçıvan əhalisi Prezidentin bu qərarını minnətdarlıqla qarşıladı. Beləliklə, Naxçıvanın problemlərinin qısa zaman ərzində həll olunacağına, regionun inkişafı istiqamətində ciddi addımlar atılacağına, 2023-2028-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf dövlət proqramının uğurla icra olunacağına və yeni iş yerlərinin açılacağına ümid yarandı. C.Cəlilovun nazir və baş nazir kimi muxtar respublikadakı 3 illik fəaliyyəti buna əsas verir”.

T.Səfərli deyib ki, yeni rəhbərlik mənəvi məsələlərdən başlayıb:

“Mühafizəkar Naxçıvanda insanları ciddi şəkildə narahat edən əsas məsələ öz həllini tapıb. Kafe və pab adı ilə açılmış eybəcər yerlər bağlanıb. Bu, naxçıvanlıların yeni səlahiyyətli nümayəndədən ilk gözləntisi idi və özünü doğrultdu. Naxçıvanlıların problemlərinin həlli üçün işçi qrupları yaradılıb, kadr dəyişikliklərinə başlanılıb. Səhiyyəni darmadağın edən nazir artıq vəzifəsindən çıxarılıb. İnanırıq ki, yeni dönəmdə müxtəlif vəzifələrə dost, tanış və qohum yox, layiqli kadrlar təyin olunacaq. Yeni rəhbərlik əminlik yaradan siyasət yürüdərək Naxçıvan əhalisinin inamını möhkəmləndirəcək. Asan olmayacaq…

Keçmiş rəhbərlikdən qalan “zəlzələdən sonra çökmüş bina” kimi mirası əvvəlcə təmizləmək, sonra yeni binanı qurmaq lazımdır. Naxçıvanın müasir idarəetmə sistemi formalaşarkən, kadr seçimi zamanı müqavimət, sabotaj və manipulyativ xəbərlər ola bilər. Bu zaman bütün əhali Prezidentin nümayəndəsinə inanmalı, onun arxasında dayanmalıdır ki, muxtar respublikanı yeni inkişaf mərhələsinə tez çatdıra bilək”.

Müsahibimizin fikrincə, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan logistik mərkəzə çevriləcək:

“Cəmi 1-2 il ərzində region bu mərhələyə hazırlanmalıdır. Naxçıvanda “göstəriş üçün işləmək” dövrü bitib, real iş dövrü başlayıb. İntriqa, yalan vədlər dövrü bitib, sabit idarəçilik və dürüstlük dövrü başlayıb. Səlahiyyətsiz rəhbərlər dövrü bitib, hər kəs öz vəzifəsinə görə iş görməyə başlayıb. Mənasız iclaslar, nəticəsiz müşavirələr dövrü bitib. İndi konkret iş və nəticə tələb olunur. İş adamları üçün geniş imkanlar açılır, tikinti və investisiya layihələri sürətlənir. Bir sözlə, Naxçıvanda yarıtmaz idarəçilik dövrü başa çatıb, uğurlu fəaliyyət dövrü başlayıb. İlkin nəticələr buna əsas verir. Gələcəkdə nə baş verəcəyini və naxçıvanlıların inamının əminliyə çevrilib-çevrilməyəcəyini zaman göstərəcək”.

 

Oxşarxəbərlər

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür
Gündəm

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
53
Azərbaycandan Ermənistana 4500 ton dizel yola salınır – FOTOLAR
Gündəm

Azərbaycandan Ermənistana 4500 ton dizel yola salınır – FOTOLAR

25/02/2026 17:51
50
Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi qadağa qoyuldu
Gündəm

Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi qadağa qoyuldu

25/02/2026 15:32
54
Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı
Gündəm

Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı

25/02/2026 15:03
57
Allahşükür Paşazadənin oğlu vəzifəsindən azad edildi – FOTO
Gündəm

Allahşükür Paşazadənin oğlu vəzifəsindən azad edildi – FOTO

25/02/2026 14:35
55
Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş…
Gündəm

Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş…

25/02/2026 13:54
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
53
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

25/02/2026 22:36
52
İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

25/02/2026 22:26
52
Tarix Əliyevə yeni vəzifə verildi

Tarix Əliyevə yeni vəzifə verildi

25/02/2026 22:08
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

25/02/2026 11:01
53

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

25/02/2026 09:55
53

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

25/02/2026 07:45
53

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

25/02/2026 02:47
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.