Naxçıvanda dəm qazından zəhərlənərək ölən Türkiyə vətəndaşı olan iki tələbəNaxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi olub.
Gündəm24.az xəbər verir ki, bu barədə NDU məlumat yayıb.
Bildirilib ki, II kurs tələbəsi Büşra Aksu Tibb ixtisası üzrə və I kurs tələbəsi Ahmet Kavak Baytarlıq təbabət ixtisası üzrə təhsil alırlarmış.
Qeyd edək ki, hadisə Nizami küçəsi, 61 ünvanında baş verib.














