Şənbə, May 30, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Nüyvər Nəsrullayev vəfat etdi – FOTO

29/05/2026 09:32
Gündəm
45 1
Nüyvər Nəsrullayev vəfat etdi – FOTO
58
Baxış sayı

Görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Gəncə Dövlət Universitetinin fəxri professoru Nüyvər Loğman oğlu Nəsrullayev vəfat edib.

Gündəm24.az xəbər verir ki, Gəncə Dövlət Universitetinin fəxri professoru uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Nüyvər Nəsrullayev 1939-cu ilin martın 8-də Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

O, 1958-ci ildə Nuxa rayonu Oxud kənd orta məktəbini qızıl medalla bitirib.

Nüyvər Nəsrullayev 1958–1962-ci illərdə o vaxtkı Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakultəsində təhsil alıb və institutu fərqlənmə diplomu ilə bitirib. O, 1969–1972-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında oxuyub, 1974-cü ildə Kazan Dövlət Universitetində professor Şirokovun rəhbərliyi ilə “Psevdoevklid fəzasının diferensial həndəsəsi haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Onun elmi fəaliyyəti əsasən diferensial həndəsə və psevdoevklid fəzalarının tədqiqi ilə bağlı olub. Nüyvər Nəsrullayevin gərgin elmi-pedaqoji fəaliyyəti olub. O, ömrünü elmə, təhsilə və gənc nəslin yetişdirilməsinə həsr etmiş ziyalılardan olub.

Nüyvər Nəsrullayev 1962 – 1964-cü illərdə Nuxa rayonunun Cəyirli kənd məktəbində, 1964 – 1966–cı illərdə isə Nuxa şəhər 2 nömrəli orta məktəbində fizika və riyaziyyat müəllimi vəzifəsində çalışıb.

O, uzun illər ərzində Gəncə Dövlət Universitetində müəllim, dosent, kafedra müdiri, fakultə dekanı, prorektor kimi çalışıb.

Nüyvər Nəsrullayev 1977–1985-ci və 2000–2011-ci illərdə GDU-nun “Həndəsə və cəbr” kafedrasına rəhbərlik edib, 1985–1998-ci illərdə isə riyaziyyat-informatika fakultəsinin dekanı olub.

Nüyvər Nəsrullayev GDU-də ali həndəsə, analitik həndəsə və diferensial həndəsə fənlərini tədris edib.

O, “Həndəsənin əsasları”,“Qraflar”, “Həndəsə məsələləri”, “Qurmalar həndəsəsinin əsasları” kimi dəyərli dərs vəsaitlərinin müəllifidir.

2009-cu ildə Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən ona Nüyvər Nəsrullayevə “Əməkdar müəllim” fəxri adı verilib, 2016-cı ildə isə o, GDU-nun “Fəxri professoru” adına layiq görülüb.

Allah rəhmət eləsin.

Oxşarxəbərlər

Mübahisə yaradan çıxışların anatomiyası – Səidə Bəkirqızı, belə olmaz axı!
Gündəm

Mübahisə yaradan çıxışların anatomiyası – Səidə Bəkirqızı, belə olmaz axı!

30/05/2026 11:34
54
Mühüm dönəm: Bu bürclərin HƏYATI DƏYİŞƏCƏK
Gündəm

Mühüm dönəm: Bu bürclərin HƏYATI DƏYİŞƏCƏK

30/05/2026 10:24
55
“Arka sokaklar”ın bütün aktyorları “öldü”
Gündəm

“Arka sokaklar”ın bütün aktyorları “öldü”

30/05/2026 09:16
63
Ərdoğan azərbaycanlı müğənninin mahnısını zümzümə etdi – VİDEO
Gündəm

Ərdoğan azərbaycanlı müğənninin mahnısını zümzümə etdi – VİDEO

30/05/2026 09:06
54
Putin Astanada onunla ayrıca görüşməyəcək – Kreml
Gündəm

Putin Astanada onunla ayrıca görüşməyəcək – Kreml

29/05/2026 13:53
55
Bu ölkələrə səyahət QADAĞA EDİLDİ!
Gündəm

Bu ölkələrə səyahət QADAĞA EDİLDİ!

29/05/2026 11:35
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

31 mayda nadir hadisə baş verəcək – XƏBƏRDARLIQ

31 mayda nadir hadisə baş verəcək – XƏBƏRDARLIQ

30/05/2026 12:14
55
Əli Xameneinin iqamətgahı belə vurulubmuş – İlk dəfə yayıldı

Əli Xameneinin iqamətgahı belə vurulubmuş – İlk dəfə yayıldı

30/05/2026 12:13
53
Ən güclü hərbi texnikası olan 10 ölkə – SİYAHI

Ən güclü hərbi texnikası olan 10 ölkə – SİYAHI

30/05/2026 12:10
51
Bu təsdiqlənsə, ermənilər Paşinyanı asa bilər – ŞOK

Bu təsdiqlənsə, ermənilər Paşinyanı asa bilər – ŞOK

30/05/2026 12:00
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
62

TƏCİLİ: Fransada təhlükəli istilər – 8 əyalətdə “narıncı” xəbərdarlıq

TƏCİLİ: Fransada təhlükəli istilər – 8 əyalətdə “narıncı” xəbərdarlıq

28/05/2026 08:13
55

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

27/05/2026 11:04
86

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
58

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In