Şənbə, İyul 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Parlamentdə mühüm müzakirələrin reallığı – Əhali nəyi bilməlidir?

21/11/2025 19:00
Gündəm
51 4
Parlamentdə mühüm müzakirələrin reallığı – Əhali nəyi bilməlidir?
69
Baxış sayı

Milli Məclisdə keçirilən büdcə müzakirələri hər il olduğu kimi bu dəfə də böyük maraq doğurub. Jurnalistlər və iqtisadçılar dövlətin gələn il pulu hansı sahələrə xərcləyəcəyini diqqətlə izləyirlər. 

Büdcə zərfi real iqtisadi gözləntiləri nə dərəcədə doğruldacaq? İctimai razılıq yetəri qədər olacaqmı?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki,  iqtisadçı Natiq Cəfərli deyib ki, parlamentdə büdcə müzakirələrinin formatı və davamlılığı müəyyən suallar doğurur:

Parlamentdə mühüm müzakirələrin reallığı - Əhali nəyi bilməlidir?

Natiq Cəfərli

“Bir çox ölkələrdə büdcə müzakirələri aylarla davam edir. Məsələn, sentyabr–oktyabr aylarında başlayır və dekabrın sonuna qədər daha detallı şəkildə aparılır. Bizdə isə deputatlar büdcə müzakirələri zamanı əsasən öz seçki dairələrində mövcud problemləri səsləndirməyə üstünlük verirlər. Büdcəyə əlavə və dəyişikliklərlə bağlı fundamental, fəlsəfi yanaşma isə az müşahidə olunur. Düşünürəm ki, gələcəkdə büdcənin formalaşması və müzakirələrin təşkili ilə bağlı yeni formata ehtiyac var. Məsələn, parlamentdə təmsil olunan partiyalarla hökumətin ayrıca görüş keçirməsi təcrübəsi tətbiq oluna bilər. Bu praktika Türkiyədə, Rusiyada və bir çox digər ölkələrdə mövcuddur. Azərbaycanda da belə bir formatın qurulması daha keyfiyyətli müzakirələr üçün əlavə imkan yaradar”.

İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, növbəti il üçün proqnozlar neft gəlirlərinin azalması, qeyri-neft gəlirlərinin isə artmasını göstərir:

“Neft Fondundan transferlərin 11 faizdən çox azalması müsbət addım kimi qiymətləndirilə bilər. Eyni zamanda qeyri-neft sektorunun büdcə gəlirlərindəki payının 57 faizə yüksəlməsi də yaxşı amildir və bu, əsasən vergi daxilolmalarının genişlənməsi hesabına mümkün olub. Digər tərəfdən, sosial xərclərin büdcənin 40 faizini təşkil etməsi əvvəlki illə müqayisədə oxşar səviyyədədir. Sosial təminat ödənişlərinin artması büdcədə sosial siyasətin prioritetliyinin qorunduğunu göstərir. Lakin büdcə həcminin cəmi 0,3 faiz artması və 4,8 faizlik inflyasiya proqnozu fonunda real fiskal genişlənmənin məhdud olması diqqət çəkir. Minimum əməkhaqqının dəyişməməsi də bu kontekstdə önəmlidir.

Sənədlərlə tanış olduqda görürük ki, dövlət borcuna xidmət xərclərinin artması fiskal çevikliyi məhdudlaşdıran əsas amillərdəndir. Ümumilikdə büdcə zərfi həm müsbət, həm də diqqət tələb edən ciddi məqamlar təqdim edir. Bununla belə, mövcud iqtisadi şəraitdə fərqli formada hazırlanmış büdcə zərfi icra zamanı problemlər yarada bilərdi. Burada əsas məsələ yalnız büdcənin hazırlanması deyil, 2026-cı ildə onun icra oluna bilməsi üçün real çərçivələrin müəyyən edilməsidir. Neft qiymətlərinin və hasilatının azalması neft sektorundan daxilolmaları azaldır, bu da büdcənin artım tempini zəiflədir. Büdcə zərfi elə təsdiqlənməlidir ki, sonradan icrasında çətinlik yaranmasın”.

Parlamentdə mühüm müzakirələrin reallığı - Əhali nəyi bilməlidir?

Eldəniz Əmirov

İqtisadçı qeyd edib ki, 2026-cı ilin büdcə müzakirələri ölkənin fiskal imkanlarını və institusional çağırışlarını paralel şəkildə ortaya qoyur:

“Əsas nəticə yalnız sənədin qəbulunda deyil, icra mərhələsindədir. Elə büdcə qəbul edilə bilər ki, icra zamanı problemlər, müəyyən suallar yaransın. Maliyyə Nazirliyinin təqdim etdiyi büdcə zərfinin gələcəyə dair çox optimist gözləntilər doğurmaması mümkündür. Amma 2026-cı ilin icrası şəffaflıq və effektiv büdcə idarəçiliyi baxımından indiyədək ən səmərəli dövrlərdən biri ola bilər. Burada əsas vurğu büdcənin şəffaf və effektiv idarə olunmasına yönəlib”.

Oxşarxəbərlər

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
54
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
61
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
57
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı
Gündəm

“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı

03/07/2026 13:47
60
Leyla Əliyevanın doğum günüdür
Gündəm

Leyla Əliyevanın doğum günüdür

03/07/2026 08:40
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

TƏCİLİ! Prezident Tufan Erhürman xəstəxanaya yerləşdirildi

TƏCİLİ! Prezident Tufan Erhürman xəstəxanaya yerləşdirildi

10/07/2026 23:59
53
Müşfiqabadda yaşayış binasında yanğın olub

Müşfiqabadda yaşayış binasında yanğın olub

10/07/2026 23:41
55
Uşaqları bu saatlarda dənizə aparmayın – XƏBƏRDARLIQ

Uşaqları bu saatlarda dənizə aparmayın – XƏBƏRDARLIQ

10/07/2026 23:25
54
Sabah bəzi ərazilərdə işıq kəsiləcək

Sabah bəzi ərazilərdə işıq kəsiləcək

10/07/2026 23:25
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
68

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
71

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
76

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.