Cümə axşamı, Aprel 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rəşad Məcidlə Balakişi Qasımov “Qarabağ”a görə “atışdı” – Foto

23/04/2026 14:01
Gündəm
40 3
Rəşad Məcidlə Balakişi Qasımov “Qarabağ”a görə “atışdı” – Foto
55
Baxış sayı

Azərbaycan futbolunda böyük marağa, səs-küyə və qalmaqallara səbə olan “Qarabağ” – “Sabah” mübarizəsi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Ağdam klubunun 5 illik fasilədən sonra çempionluq titulunu “bayquşlar”a verməsi geniş müzakirələrə səbəb olub.

Gündəm24.az  publika.az-a istinadla xəbər verir ki, müxtəlif sahələrdə çalışan rəsmi şəxslər “Qarabağ”ın çempionluğu itirməsi barədə fikirlərini sosial şəbəkələrdə bildirirlər. Onlar arasında Rəşad Məcid də olub.

Azərbaycan Mətbuat Şurasının sədri Feysbuk hesabında “Sabah”ın çempionluğuna və yeni mövsümdən Azərbaycanı Avropa arenasında təmsil etməsinə münasibət bildirib.

“Sabah”ın çempion olması və ya kuboku qazanması, avrokuboklarda uğur əldə etməsi kiçik bir dairənin müvəqqəti sevincinə səbəb ola bilər, amma onların uğurlarının “Qarabağ” kimi geniş rəğbət və həyəcan yaratması mümkünsüzdür. “Qarabağ”ın Avropada uğurlarının yaratdığı sevinc təkcə futbolçuların əzmkar oyunuyla deyil, həm də komandanın adıyla bağlıydı. Torpaqlarımız işğal altında olanda, çıxılmazlıq, məyusluq dövründə “Qarabağ”ın uğurları həm də əzilən qürurumuzun dirçəlməsi, azacıq da olsa özünəgüvənin bərpası idi. Avropanın məşhur klublarıyla cəngə çıxan “Qarabağ”ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi. Zəfərimizdən sonrakı illərdə oyunçularda və azarkeşlərdə əvvəlki entuziazmın azalması təbiidir.

Sabah bu həyəcanı “Sabah” adlı bir komandanın yarada və yaşada biləcəyi inandırıcı görünmür.

“Araz”, “Turan”, “Zəngəzur”, “Göyçə”, “Kəpəz” adları daha çox emosiya yaradardı.

Məşqçisi, oyunçuları, bütün texniki heyəti ilə “Qarabağ” bir əfsanə idi”, – deyə Rəşad Məcid yazıb.

Onun bu sözlərinə reaksiya verənlər arasında “Sabah”ın sabiq idarəçisi, İTV-nin baş direktoru, AFFA-nın vitse-prezidenti Balakişi Qasımov da olub. O, Rəşad Məcidin sözlərinə ritorik şəkildə cavab verib:

“Bəlkə belə bir qayda tətbiq edək ki, çempion olan komanda bir il müddətinə adını dəyişib “Qarabağ” qoysun? O zaman həm hisslər yerində olar, həm də siyasət”.

Rəşad Məcid isə Balakişi Qasımova komandanın adının “Sabah-Bakı” olmasını təklif edib:

“Balaş müəllim, “Sabah” gözəl oynayır, təbrik edirəm. Davamlı olsun!

90-ci illərdə mən də “Sabah” adlı qəzet açmaq istəyirdim. Kimsə artıq qeydiyyatdan keçirmişdi. “Sabah” əla addır.

Amma mən dediyim ümummilli rəğbətin yaranması üçün adda hansısa bir hekayə olmalıdır. Məsələn,”Sabah-Bakı”.

Qeyd edək ki, “Sabah” ötən gün “Qarabağ”ı Azərbaycan kubokunda mübarizədən kənarlaşdıraraq finala yüskəlib. Premyer Liqada isə lider olan “bayuşlar”la ikinci pillədki “köhlən atlar” arasında xal fərqi 13-dür.

Oxşarxəbərlər

Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Gündəm

Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu

23/04/2026 15:50
61
Çinli iş adamı 7 min borca görə Azərbaycana gəldi: “Faiq məni aldadıb” – VİDEO
Gündəm

Çinli iş adamı 7 min borca görə Azərbaycana gəldi: “Faiq məni aldadıb” – VİDEO

23/04/2026 12:45
53
Heç bir yeni təyinat yoxdur – TƏBİB-dən İLK AÇIQLAMA
Gündəm

Heç bir yeni təyinat yoxdur – TƏBİB-dən İLK AÇIQLAMA

23/04/2026 12:44
58
Rəqsanə İsmayılova barəsində yeni qərar verildi
Gündəm

Rəqsanə İsmayılova barəsində yeni qərar verildi

23/04/2026 12:36
64
Nazir məktəb direktorları ilə görüşdü – FOTO
Gündəm

Nazir məktəb direktorları ilə görüşdü – FOTO

23/04/2026 11:21
71
“Yeni Klinika”ya direktor təyin olundu
Gündəm

“Yeni Klinika”ya direktor təyin olundu

23/04/2026 10:35
70

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıdakı bəzi məktəblərdə tədris distant formada olacaq

Bakıdakı bəzi məktəblərdə tədris distant formada olacaq

23/04/2026 17:15
51
Bu gün həbs edilən vəzifəli şəxslərin adları məlum oldu

Bu gün həbs edilən vəzifəli şəxslərin adları məlum oldu

23/04/2026 17:10
50
Prezident SƏRƏNCAM İMZALADI

Prezident SƏRƏNCAM İMZALADI

23/04/2026 17:09
50
Sürücülərin nəzərinə – Bu hallarda sığorta üçün əlavə ödəniş tələb ediləcək

Sürücülərin nəzərinə – Bu hallarda sığorta üçün əlavə ödəniş tələb ediləcək

23/04/2026 16:57
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
75

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
66

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
75

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.